Ağ Ev Floridadan keçmiş konqresmen Dr. Devid Veldonun ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə rəhbər vəzifəzinə nominasiyasını geri çəkib.
Senatın səhiyyə komitəsi cümə axşamı elan edib ki, nominasiya geri çəkildiyinə görə, onun namizədliyi ilə bağlı planlaşdırılan dinləməni təxirə salır.
Məsələ ilə tanış olan və adının anonim qalması şərtilə danışan bir nəfər deyib ki, Ağ Ev nominasiyanı ona görə geri çəkib ki, Veldonun təsdiq üçün kifayət qədər səs ala bilməyəcəyi aydın olub.
Veldonun ABŞ-ın səhiyyə naziri Robert F. Kennedi Jr. ilə yaxın münasibətlərinin olduğu güman edilirdi. Kennedi illər boyu ölkənin aparıcı peyvənd əleyhdarlarından biri olub.
Floridadan keçmiş konqresmen Veldon həmçinin vaksinlərin və peyvəndləri təbliğ edən və onların təhlükəsizliyinə nəzarət edən Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tənqidçisi olub.
Veldon Tramp administrasiyasının təsdiq dinləməsi başlamadan nominasiyası geri çəkilən üçüncü namizədidir. Daha öncə keçmiş konqresmen Matt Qaetz baş prokuror, Çad Kronister isə Narkotiklərlə Mübarizə İdarəsinə rəhbər vəzifəsinə nominasiyasını geri çəkib.