Həbsdə olan kürd lideri Abdullah Öcalan cümə axşamı günü qırx ildir davam edən və on minlərlə insanın həyatına son qoyan münaqişəyə son qoymaq üçün yeni təşəbbüsün bir hissəsi olaraq silahlı qruplaşmasını silahlarını yerə qoymağa və dağılmağa çağırıb.
Cümə axşamı İstanbul yaxınlığındakı bir adada qaldığı həbsxanadan göndərdiyi mesajda Öcalan deyib ki, Krüdüstan Fəhlə Partiyası (PKK) qurultay keçirməli və ləğv olmaq barədə qərar verməlidir.
“Qurultay keçirin və qərar verib. Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır,” deyə, günün əvvəlində Öcalanı ziyarət edən kürd tərəfdarı partiyadan olan siyasətçilər tərəfindən yayılan mesajda Öcalandan sitat gətirilib.
Öcalanın bu mühüm açıqlaması, qrupla Türkiyə dövləti arasında sülhüh yaradılmasına dair aparılan yeni səylərin bir hissəsidir. Bu, səylər oktyabr ayında Prezident Rəcəb Tayyib Ərdoğanın koalisiya tərəfdaşı Dövlət Bahçeli tərəfindən başladılıb. İfrat-sağçı siyasətçi qrup zoralıqlara son qoyub, dağıldığı halda, Öcalanın şərti azadlığa buraxıla biləcəyinə işarə edib.
75 yaşlı Öcalan 1999-cu ildə dövlətə xəyanətdə təqsirli bilinəndən bəri İstanbul yaxınlığındakı İmralı adasında həbsdədir. Həbsinə rəğmən, o, PKK üzərində böyük nüfuza malikdir. Analitiklər deyir ki, qrupun rəhbərliyinin Öcalanın etdiyi hər hansı çağırışa əməll edəcəyi gözlənilir, amma qrup daxilində bəzi fraksiyalar müqavimət göstərə bilər.
Sülh əldə etmək səyləri, Ərdoğanın hakimiyyətdə qalmasına imkan verəcək yeni konstitusiyanın qəbul edilməsi üçün DEM partiyasının dəstəyinə ehtiyacı olduğu bir vaxta təsadüf edir.
Türkiyə Konstitusiyasında ilk olaraq baş nazir, daha sonra isə prezident kimi 2003-cü ildən bəri hakimiyyətdə olan Ərdoğana, növbədənkənar seçki təyin edilmədiyi təqdirdə, yenidən hakimiyyətə gəlməsinə icazə verilmir. Növbədənkənar seçkinin təyin edilməsi üçün də kürdtərəfdarı partiyanın dəstəyi tələb olunacaq.
DEM partiyası uzun zamandır ki, Türkiyədə daha böyük demokratiyanın olması və ölkənin kürd əhalisinin hüquqlarının təmin edilməsi, həmçinin həbsdə olan Öcalan üçün şəraitin yaxşılaşdırılması üçün təzyiq göstərir.
1978-ci ildə Öcalan tərəfindən təsis edilən PKK 1984-cü ildən bəri Türkiyənin cənub-şərqində fəaliyyət göstərir. Qrup Türkiyə və onun Qərb müttəfiqləri tərəfindən terror təşkilatı hesab olunur. PKK ilə daha öncə aparılan sülh danışıqları iflasa uğrayıb. Danışıqların ən sonuncusu 2015-ci ildə olub.
Hətta ən son sülh danışıqlarının aparıldığı bir vaxtda belə, Ərdoğan hökuməti müxalitə qarşı təqiblərini arıtraraq, jurnalistlər və siyasətçiləri həbs edib. Bir neçə seçilən kürd mer vəzifələrindən uzaqlşadırılaraq, dövlət tərəfindən təyin olunan rəsmilərlə əvəzlənib.
Cümə axşamı keçirilən görüş üçüncü dəfə idi ki, DEM partiyasının rəsmiləri sülh danışıqlarının bir hissəsi olaraq Öcalanla görüşürdü. Rəsmilər həmçinin həbsdə olan kürd tərəfdarı partiyanın lideri Selahattin Demirtaşla görüşüb və kürd liderlərlə görüşmək üçün İraqa səfər edib.