Şənbə günü atəşkəs razılaşması çərçivəsində daha çox israilli girov fələstinli məhbuslar müqabilində sərbəst buraxılıb. Bundan əlavə cümə günü Qəzzadan qaytarılan cəsədin girov Şiri Bibasa aid olduğu təsdiqlənib.
27 yaşlı Eliya Kohen, 22 yaşlı Omer Şem Tov və 23 yaşlı Omer Venkert şənbə günü Qəzzanın mərkəzindəki Nüseyrat qaçqın düşərgəsində Qırmızı Xaç təşkilatına təhvil verilmədən öncə sərbəst buraxıldıqlarına dair sertifikatı tutaraq, əl yelləyiblər.
Kohen, Tov və Venkert 2023-cü ilin oktyabrın 7-də ABŞ-ın terror qrupu kimi tanıdığı HƏMAS-ın İsrailə hücumu zamanı musiq festivalından qaçırılmışdılar.
Təhvilvermə baş tutduğu zaman Nüseyrata yüzlərlə insan, o cümlədən avtomatik silah və qumbaraatan daşıyan və hərbi forma, balaklava geyinən, HƏMAS döyüşçüləri toplaşıb.
Tel Əvivin “Girov Meydanı” kimi tanınan ərazisində isə israillilər əllərində bayraqlar və girovların şəkillərinin əks olunduğu plakatlarla girovları sərbəst buraxılmalarını və girovların maskalı və silahlı HƏMAS döyüşçülərinin müşayiəti ilə səhnəyə çıxarılmalarını video vasitəsilə izləyiblər.
HƏMAS-ın təşkil etdiyi ictimai mərasimlər, o cümlədən giovların nümayiş etdirilməsi, bəzilərinin isə danışmağa məcbur edilməsi girovların nümayişi, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çoxcları tərəfindən kəskin tənqid edilib. BMT “girovların paradını” pisləyib.
HƏMAS şənbə günü tənqidləri rədd edərək, mərasimləri fələstinlilərin birliyinin təntənəli nümayişi kimi xarakterizə edib.
Şənbə günü daha iki girov səhər saatlarında azad edilib. Oktyabrın 7-dəki hücum zamanı Beeri Kibbutzundan qaçırılan 40 yaşlı Tal Şoham və təxminən on il əvvəl təkbaşına Qəzzaya keçən 39 yaşlı Avera Mengistu Qəzzanın Rəfah şəhərində Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib.
Təxminən on il əvvəl naməlum şəraitdə Qəzza zolağına keçdikdən sonra girov saxlanılan və azad ediləcəyi gözlənilən 36 yaşlı Hişam Əl-Sayed ictimai şəkildə təhvil verilməyib. HƏMAS bildirib ki, o, şənbə günü Qırmızı Xaça özəl olaraq təvil veriləcək.
Bu altı israillinin atəşkəsin birinci mərhələsində azad ediləcək sonuncu girovlar olacağı gözlənilir.
Bunun müqabilində İsrailin də 600-dən çox fələstinlini İsrail həbsxanalarından azad edəcəyi gözlənilir.
İsrail və HƏMAS yanvarın 19-da başlayan atəşkəsin birinci mərhələsini həyata keçirməkdədir. İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, ikinci mərhələ üzrə danışıqların bu həftə başlaması planlaşdırılır.
HƏMAS 2023-cü ilin oktyabrında İsrailə hücumunda 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxın adamı girov götürüb. Girovların yarıdan çoxu atəşkəs razılaşmaları və digər razılaşmalar əsasında azad edilib, səkkiz nəfər isə hərbi əməliyyatlar nəticəsində xilas edilib.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava və qurudan apardığı müharibəsi nəticəsində çoxu qadın və uşaqlar olmaqla 48,200-dən çox fələstinli öldürülüb. İsrail ordusu ölənlərin sayına 17 min militantın daxil olduğunu bildirir. Hərbi əməliyyat nəticəsində Qəzzanın böyük əraziləri dağılıb və 2,3 milyonluq əhalisinin əksəriyyətini köçkün vəziyyətinə düşüb.