Jurnalistləri Müdafiə Komitəsi fevralın 6-da Azərbaycan məhkəməsinin Toplum TV-nin aparıcısı Şahnaz Bəylərqızı barəsində xaricdən maliyyələşmə iddialarına görə 3,5 ay müddətinə həbs qətimkan tədbiri seçməsini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırır.
Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.
Jurnalistləri Müdafiə Komitəsi fevralın 6-da Azərbaycan məhkəməsinin xarici maliyyələşmə ittihamları ilə ToplumTV-nin aparıcısı Şahnaz Bəylərqızı haqqında həbs qərarını pisləyib və jurnalistin dərhal azad edilməsinə çağırıb.
"Veteran jurnalist Şahnaz Bəylərqızının həbsi Azərbaycan hakimiyyətinin aparıcı müstəqil səsləri susdurmaq üçün Qərb maliyyələşməsi ilə bağlı iddialardan sui-istifadə etdiyini göstərir”, təkilatın Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Gülnoza Said bildirib.
O qeyd edib ki, Şahnaz Bəylərqızı ciddi sağlamlıq problemlərindən əziyyət çəkir və onun hər gün haqsız yerə həbsdə qalması həyatını təhlükəyə atır.
“Azərbaycan hakimiyyəti onu və digər əsassız yerə həbs olunan jurnalistləri dərhal azad etməlidir", Gülnoza Said əlavə edib.
CJP qeyd edib ki, Şahnaz Bəylərqızı hazırda Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan azı 23 jurnalist və media işçisindən biridir.
Bəyanatda xatırladılıb ki, CPJ-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 ölkədən biri olub.
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Daxili İşlər Nazirliyinə göndərdiyi sorğusuna cavab ala bilmədiyini vurğulayıb.
Təşkilat həmçinin Toplum TV-nin Azərbaycanda fəaliyyətinin dayandırdığını və mühacirətə getməsi qərarına həmrəylik nümayiş etdirir və həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına çağırır.
Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata götürülüb.
Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər ha
Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.
“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh verməyib.
Rəsmi Bakı fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.