ABŞ Dövlət katibi Marko Rubio yanvarın 23-də Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danığı zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə toxunub.
Dövlət Departamentinin sözçüsü Tammy Bruce bildirib ki, Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığında ABŞ-Türkiyə əlaqələrinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və iki dövlətin bölgədəki ortaq maraqlarını bir daha təsdiqləyib.
“Dövlət katibi Rubio Suriyada inklüziv keçidin zəruriliyini vurğuladı və dedi ki, yeni hökumət Suriyanın beynəlxalq terrorizm üçün mənbəyə çevrilməsinin qarşısının alınmasını təmin etdi və xarici bədxah aktorların Suriyanın keçidindən öz məqsədləri üçün istifadə etmək imkanını rədd etdi. Dövlət katibi və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini də müzakirə ediblər. Dövlət katibi həmçinin Boluda baş verən faciəvi otel yanğınında həlak olanlara görə dərin hüznlə başsağlığı verib”, Dövlət Departamentinin sözçüsü bildirib.