ABŞ-ın yeni seçilən Respublikaçı vitse-prezienti JD Vans təvazökar bir keçmişə sahibdir. O, Ohayo ştatında çətinlik çəkən sənaye şəhərciyində böyüyüb başa çatıb. O, daha sonra Yel universitetində oxuyub, indi isə Amerika tarixinin ən gənc vitse-prezidentlərindən biri olmağa hazırlaşır. Amerikanın Səsinin Vaşiqton üzrə baş müxbiri Karolin Presutti təqdim edir.
JD Vans – Birləşmiş Şttların vite-prezidenti seçiləndən dəqiqələr sonra:
“Amerika tarixin ən möhtəşəm qayıdışlarından birindən sonra, biz Donald Trampın rəhbərliyi altında ən möhtəşən iqtisadi qayıdışa rəhbəlik edəcəyik,” deyib.
Kentakkinin Cekson şəhəri Vansın doğuldutu yer deyil, amma o buranı ev adlandırır.
“Mən həyat yoldaşıma evlənmə təklif edəndə dedim ki, canım, mənim 120 min dollarlıq tələbə borcum və Kentakinin şərqində dağın yamacındakı qəbiristanlıqda torpaq sahəm var,” Vans deyib.
Vansın nənəsi “Məma” kimi tanınırdı.
“O həmişə bura Məma ilə gəlirdi. Mama onu dağlara gətirib, dağ həyatının necə olduğunu göstərirdi və onun da, belə görünür, xoşuna gəlirdi,” Kentakkinin Brithit qraflığının şerifi Con Hollan deyir.
O, Ohayonun Middltaun şəhərində dünyaya gəlib və əsasən sərt Mamausu tərəfindən böyüdülüb. Mamau çox söyüş söyürdü və evində 19 ədəd dolu tapança saxlayırdı.
Atalığının soyadını daşıyarkən JD Hamel ilk dəfə iştirak etdiyi səsvermədə qalib gəlib. İronikdir ki, bu, Middltaun Orta Məktəbində sinfinin vitse-prezidentliyi uğrunda səsvermə olub. O, dəniz piyada korpusunda xidmət edib, daha sonra isə Ohayo Ştat Universitetini fəqrlənmə ilə bitirib.
Daha sonra Vans Yelə gedib və orada tələbə yoldaşı, sonra ilə həyat yoldaşı olan Uşa Çilukuri ilə dost olub.
Vans 2016-cı ildə işçi sinfi Amerika ilə bağlı bestseller olan daha sonra isə filmi çəkilən “Hillbilly Elegy” kitabı vaitəsilə ölkə boyu tanınıb. Filmdə gənc JD-nin Mamausunun rolunu Qlenn Klos canlandırır.
Sabiq prezient Donald Trampın dəstəyi ilə - Ohayodan olan və Kentakkini sevən JD Vans Ohayodan senator seçildi… Bundan iki il sonra isə Tramp Vansı vitse-prezidetliyə namizədi kimi seçdi. Amma onun üçün bir az çətin bir başlanğıc oldu. Belə ki, o daha öncə Trampı “qınağa layiq” adlandırmışdı və “heç vaxt Trampı dəstəkləyən bir adam” olmadığını iddia etmişdi.
Amma indi Trampın vitse-prezidentliyə namizədi kimi Vansın təbliğ etdiyi siyasət Trampın siyasətini əks etdirir. “Sabiq prezident 2020-ci il seçkisində məğlub oldu mu” sualına isə Vans belə cavab verib:
“Xeyr, məncə 2020-ci il seçkisində çox ciddi problemlər var idi. Donald Tramp seçkini uduzdumu? Yox, mən bu sözlərlə ifadə etməzdim.”
Vans Çin və Şərqi Asiya ilə bağlı sərt xətt tərəfdarıdır, Ukraynaya hərbi yardımın əleyhinədir, Amerikanın Səsinin İsrail-HƏMAS münaqişəsi ilə bağlı sualına isə belə cavab verib:
“Kamala Harris bir tərəfdən deyir ki, o, mülki vətəndaşlar arasında tələfatlardan çox narahatdır. Bununla belə o, İsrailə mülki vətəndaşlar arasında ölüm hallarını azaldacaq silahları verməkdən imtina edir.”
40 yaşlı Vans ABŞ tarixinin üçüncü ən gəncəvitse-prezidenti olacaq.