Mahaçqala hava limanında törədilən iğtişaşalar üzrə daha beş nəfərə hökm oxunub

Stavropol vilayətinin Sovet rayon məhkəməsi Mahaçqala hava limanında törədilən iğtişaşalar üzrə daha beş müttəhimə hökm oxuyub. Bu barədə vilayət prokurorluğunun saytında məlumat verilib.

Məhkəmə Camal, Vahab, Vadim, Najmutdin və Əlibek Hacıyevi zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlarda iştirak etməkdə və hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməkdə (Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi), habelə nəqliyyatın hərəkətinə riayət etməməkdə təqsirli bilinib.

Həmin şəxslər 7 ildən 8 ilədək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

2023-cü il oktyabrın 29-da axşam saatlarında yüzlərlə insan Tel-Əvivdən uçan təyyarə enmədən əvvəl hava limanına toplaşıb. Onlar əvvəlcə hava limanından kənarda olub, oradan çıxan avtomobilləri və orada olan şəxslərin pasportlarını yoxlayıblar, lakin bir neçə saatdan sonra hasarları sökərək hava limanının ərazisinə daxil olublar.

İğtisasçılar antisemit şüarlar səsləndirərək hər yerə daxil olub, bəzi insanlar İsrail vətəndaşları ilə Tel-Əvivdən təyyarəni axtarmaq üçün aerodroma keçib.

Baş Prokurorluğun məlumatına görə, iğtişaşlar zamanı aeroportun 24 milyon rubldan artıq əmlakı dağıdılıb və zədələnib, 30 dövlət məmuruna qarşı “qanunsuz hərəkətlər edilib”, onlardan 23-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.