Gürcüstan azərbaycanlıları: Deyirlər, səs verin, məktəb tikəcəyik...
Your browser doesn’t support HTML5
Gürcüstanda yaşayan etnik azərbaycanlılar təhsilin əlçatan olmamasından şikayətlənirlər. Təhsil nazirliyinin açıqlamasına görə, etniklərin yaşadığı 5 bələdiyyədə 200-dən artıq kənd var ki, orda sadəcə 104 məktəb fəaliyyət göstərir. Bu da o deməkdir ki, 50 faiz kəndlərdə məktəblər yoxdur.