Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya regionun Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında qeyd edib.
"Gürcüstanın Abxaziyanın Qali rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğın bizi dərindən kədərləndirdi. Dəhşətli hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk", paylaşımda qeyd edilib.
Gürcüstan yerli mediası məlumat verib ki, ötən həftə Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşaq faciəli şəkildə həyatını itirib. Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib.