ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib. Bu reportajda Amerikanın Səsinin müxbiri Keyn Farabau sabiq prezidentin həyatını və prezidentlikdən sonra qlobal sağlamlıq və demokratiyanı təşviq edən karyerasını işıqlandırır.
Cimmi Karter 1977-ci ilin yanvarın 20-də andiçmə mərasimizdə "xalqı qədər yaxşı hökumət" vəd etmişdi.
"Amerika üçün bu yeni başlanğıc günündə ədalətli və sülhsevər bir dünyanın formalaşmasına kömək etməkdən daha dürüst və daha iddialı bir vəzifə ola bilməz,"Prezident Cimmi Karter 1977-ci ildə inaqurasiya çıxışında deyib.
O, Ağ Evdəki vəzifə müddətindən sonra belə belə bir dünyanı formalaşdırmağa davam etdi və missiyası “sülh yayamaq, xəstəliklərlə mübarizə aparmaq və ümid yaratmaq” olan qlobal qeyri-kommersiya təşkilatı Karter Mərkəzinə rəhbərlik edərkən Nobel Sülh Mükafatı laureatı oldu.
"Mən Karter Məkrəzinin gördüyü işi prezident olaraq etməyə çalışdıqlarmın davamı olaraq görürəm," sabiq Prezident Cimmi Karter 2007-ci ildə deyib.
Karter 1924-cü ildə Corciya ştatının Pleins şəhərində dünyaya gəlib.. O, 1946-cı ildə ABŞ-ın Hərbi Dəniz Akademiyasından məzun olaraq, yeraltı qayıq zabiri olaraq xidmət göstərib. Daha sonra 1953-cü ildə Pleinsə qayıdaraq, atasının ölümündən sonra ailə fermasını idarə edib.
Karter 1960-cı illərin vətəndaş hüquqları həkəratı zamanı siyasətə daxil olun və iki müddət Corciya ştatınnın qanunerivicisi kimi xidmət edib, daha sonra 1971-ci ildə isə ştatının qubernatoru olub.
"Mən sizə tam səmimi deyirəm ki, irqi ayrı-seçkiliyin olduğu zamanlar artıq geridə qalıb," Cimmi Karter 1971-ci ildə Corciya ştatının qubernatoru seçiləndən sonra inaqurasiya çıxışında deyib.
Kartern 1971-ci ildə cənubi Corciya ştatının tanınmayan qubernatorundan 1976-ci ildə seçkidə Respublikaçı Cerald Fordu məğlub edərək, qalib gələn prezidentliyə namizədə çevrildi. 1979-cu il Kemp-Devid müqaviləsinə və Misirlə İsrail arasında bağlanan sülh müqaviləsinə vasitəçilik etmək Karterin prezidentliyinin zirvəsi oldu.
"Mən prezident olanda, ərəblər və israillilər arasında son 25 ildə dörd müharibə olmuşdu, Misirdə isə rəhbərlik Sovet İttifaqı tərəfindən dəstəklənirdi. Onlar İsrailə hərbi cəhətdən həqiqətdə meydan oxuya biləcək yeganə ölkə idilər," Cimmi Karter 2009-cu ildə deyib.
Karter həmçinin Panama kanalına nəzarəti Panamaya qaytaran müqaviləyə vasitəçilik edib və Çin Xalq Respublikası ilə tam diplomatik əlaqələri qurub.
Amma 1979-cu ildə baş verən İran İslam İnqilabı onun prezidentlik kursunu dəyişdi. Şiə ruhanilərinin başçılığı ilə aparılan etirazlar nəticəsində ABŞ-ın dəstəklədiyi şah devrildi və o, ölkədən qaçdı. Daha sonra militantlar ABŞ-ın Tehrandakı səfirliyinə basqın edərək 66 amerikalını girov götürdülər. Noyabrın sonlarına doğru 13 girov azad edildi.
1980-ci ilin aprelində Karter qalan girovları azad etmək üçün hərbi əməliyyatın aparılmasına göstəriş verdi. Bu əməliyyt uğursuz oldu və nəticədə ABŞ-ın səkkiz hərbçisi öldü.
Bundan əlavə Karter ölkə daxilində də çətinliklərlə üzləşirdi. İnflyasiya və artan işsizlik səviyyəsi iqtisadiyyatı sarsıtmışdı və bu, onun 1980-ci ildə seçkidə Respublikaçı Ronald Reyqana məğlub olmasına gətirib çıxardı.
20 yanvar 1981-ci ildə - Reyqanın andiçmə günündə - İran nəhayət amerikalı girovları azad etdi. Məğlub və məzlum Karter prezident kitabxanasını təsis etmək üçün üçün Plainsə qayıtdı.
"Mən bunu ofisim və Atlantada gözəl binaların olacağı kiçik bir şey kimi təsəvvür edirdim," Karter 2007-ci ildə deyib.
Amma o çox daha bpyük bir şeyə çevrildi. Tanınmış qlobal qeyri-kommersiya təşkilatı olan Karter Mərkəzi 100-dən çox seçkini müşahidə edib və 1994-cü ildə Şimali Koreya ilə nüvə qarşıdurmasından tutmuş Uqanda və Sudan arasında sülh sazişinə qədər bir çox mübahisələrə vasitəçilik edib.
Mərkəz həmçinin planetin ən yoxsul yerlərində sağlamlığı inkişaf etdirir və xəstəliklərlə mübarizə aparır. Qvineya qurdu xəstəliyinin aradan qaldırılması onun əsas məqsədi olub.
"Bəşəriyyət tarixində indiyə qədər kökü kəsilmiş yalnız bir xəstəlik olub, o da 30 ildən çox əvvəl çiçək xəstəliyi olub, ona görə də Qvineya qurdu tezliklə tarixdə yer üzündən silinəcək ikinci xəstəlik olacaq," Cimmi Karter 2009-cu ildə deyib.
Karterin bəşəriyyətə yardım işi onun 2002-ci ildə Norveçin Oslo şəhərində Nobel Sülh Mükafatını qəbul etməsinə gətirib çıxardı.
"Mən Nobel Sülh Mükafatını qazananda, bu, Karter Mərkəzinin gördüyü işə görə idi. Yəni, mən sülh və insan hüquqlarına əsaslanan bir irsə sahib olmaqdan çox məmnun olardım. Kim istəməzdi ki?" -Karter deyib.
Karter 90 yaşlarına qədər aktiv həyat sürüb, 2015-ci ildə isə beyin xərçənginə qalib gəlib.
Amma səhhətinin pisləşməsi səbəbilə o, son illərini əsasən doğulub-böyüdüyü Plainsdə keçirib. Cimmi Karter sonuncu dəfə 2023-cü ilin noyabrında həyat yoldaşı Rosalinin dəfn mərasimi zamanı ictimaiyyət qarşısına çıxıb.
Mediaya verdiyi son müsahibələrindən birində Karter Amerikanın Səsi ilə gələcəyə dair ümidlərini bölüşüb.
"Mən gələcəkdə ABŞ-ın sülh, insan hüquqları və ətraf mühitin keyfiyyəti, və deyərdim ki, hamıya bərabər münasbitə göstərmək dünyasında bir nömrəli öndər olmağa çalışdığını görmək istərdim. Əgər bunu bacarsaq, mənim çox sevdiyim bu ölkə əsl fövqəldövlət olar," o deyib.
Karter ABŞ-ın ən uzun yaşayan prezidentidir və həyat yoldaşı ilə olan evliliyi də hər hansı bir prezident və birini ledi arasında da ən uzunmüdətli evlilik idi.