Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarı ərazisində Səudiyyə Ərəbistanından olan həkimin avtomobilini bilərəkdən kütlə üzərinə sürməsi nəticəsində azı 5 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Hücumu həyata keçirilən 50 yaşlı kişi Milad bazarının keçirildiyi ərazidə saxlanılıb və sorğu-sual edilir. Rəsmilər onun təxminən 20 ildir Almaniyada yaşadığını və Maqdeburqdan təxminən 40 kilometr cənubda Bernburq şəhərində tibb xidmət göstərdiyini bildirdilər.
Saksoniya-Anhalt əyalətinin qubernatoru Rayner Haselof, jurnalistlərə verdiyi açıqlamada ölənlərin sayının 2-dən 5-ə yüksəldiyini və ümumilikdə 200-dən çox insanın yaralandığını bildirib.
Kansler Olaf Şolts yaralananlar arasında təxminən 40 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Bir neçə alman mətbu orqanları şübhəli şəxsin Taleb A. olduğunu (son ad Almaniyanın şəxsi həyata dair qanunlarına uyğun olaraq gizli saxlanılır) və onun psixiatriya və psixoterapiya sahəsində mütəxəssis olduğunu bildiriblər.
Şübhəlinin bu hücumu həyata keçirməklə bağlı motivinin nə olması haqda məlumat yoxdur.
Özünü keçmiş müsəlman kimi təqdim edən şübhəli şəxs, gündə onlarla anti-İslam mövzularında paylaşım edərək, İslam dinini tənqid edib və imanı tərk edən müsəlmanları təbrik edib.
O, həmçinin Almaniya rəsmilərini "Avropanın İslamizm" ilə mübarizədə kifayət qədər irəliləməməkdə ittiham edib. Bəzi şəxslər onu Səudiyyə Ərəbistanından qaçan qadınlara yardım edən bir fəal kimi tanıyırdılar. O, həmçinin sağçı və anti-miqrant “Alternativ Almaniya üçün” (AfD) partiyasına dəstək verdiyini bildirib.
Şübhəli şəxsin son zamanlar Almaniya rəsmilərinin Səudiyyə Ərəbistanından sığınacaq üçün müraciət edənləri hədəf alması nəzəriyyəsinə daha çox diqqət yetirdiyi bildirilir.