Avropa Parlamenti Azərbaycan hökumətini repressiyaları dayandırmağa çağırır

Your browser doesn’t support HTML5

Avropa Parlamenti dekabrın 19-da Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə, müstəqil mediaya və müxalifətə qarşı repressiyalarını “kəskin şəkildə” pisləyən, siyasi məhbusların azad edilməsini tələb edən və yüksək vəzifəli məmurlara qarşı hədəfli sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.