ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü yeni seçilən prezident Donald Trampın İranla danışıqlar aparmaq üçün imkanının olduğunu deyib və Tehranın nüvə silahı inkişaf etdirməsinin qaçılmaz olmadığını deyib.
Yaxında vəzifəsi bitən ABŞ-ın baş diplomatı deyib ki, din xadimləri tərəfindən idarə olunan dövlət bölgədəki hərbi geriləmələrdən sonra nüvə silahı istehsal etməyi daha ciddi nəzərdən keçirə bilər.
Son bir ildə İsrail ordusu İranın hava hücumundan müdafiə qüvvələrini vurub və livanlı müttəfiqi Hizbullahı zəiflədib, Suriyada isə üsyançılar onun əsas ərəb müttəfiqi olan Bəşar Əsədi devirib.
“Mən nüvə silahının qaçılmaz olduğunu düşünmürəm”, Blinken Nyu-Yorkda Xarici Əlaqələr Şurasında deyib.
“Onlar fərqli müdafiə xətlərini itirdikləri üçün şübhəsiz ki, bu barədə daha çox düşünəcəklər”, Blinken bildirib.
Ancaq ABŞ Dövlət katibi deyib ki, İran nüvə silahı əldə etməyin fəsadlarından xəbərdardır. “Düşünürəm ki, danışıqlar perspektivi var”, o əlavə edib.
İran nüvə silahı inkişaf etdirmək niyyətində olduğunu inkar edir və mübahisəli nüvə fəaliyyətinin dinc məqsəd daşıdığını deyir.
Trampm ilk prezidentlik dövründə ABŞ-ı keçmiş prezident Barak Obama dövründə Tehranla əldə edilən 2015-ci nüvə sazişindən çıxarıb, daha sonra isə geniş sanksiyalar tətbiq edib.
"Prezident Tramp keçən dəfə sazişdən çıxarkən onun sözləri ilə desək, demişdi ki, daha yaxşı, daha güclü saziş istəyir. Yaxşı", Blinken deyib.
O bildirib ki, heç bir ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinə yol verməyəcək.
“Bu və ya digər şəkildə mən əminəm ki, necə ki, bizim administrasiyanın belə bir siyasəti var idi, növbəti administrasiya da olacaq”, o, İranın nüvə silahı inkişaf etdirməsinin qarşısının alınmasına istinadən deyib.
ABŞ Prezidenti Co Bayden administrasiyası 2021-ci ildə vəzifəyə gəldikdən sonra nüvə sazişini bərpa etmək üçün İranla dolayı danışıqlara başlayıb. Ancaq danışıqlar əsasən ABŞ-ın sanksiyalarının yumşaltmasının miqyası ilə bağlı mübahisələr səbəbilə iflasa uğrayıb və Bayden 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra fələstininli silahlı qrup olan HƏMAS-a verdiyi dəstəyə görə İrana təzyiqi dəstəkləyib.
Trampın milyarder müttəfiqi İlon Maskın ABŞ seçkilərindən sonra sakitliyi təşviq etmək üçün yüksək səviyyəli İran rəsmisi ilə görüşdüyü bildirilir.
Blinken həmçinin ABŞ-ın 1979-cu ildə xalq üsyanında ABŞ tərəfindən dəstəklənən ölkə rəhbərinin devrilməsindən sonra Vaşinqtona qarşı çıxan İran hökumətini devirməyə çalışmaq çağırışlarını da rədd edib.
“Düşünürəm ki, son 20 ilə nəzər salsaq, rejim dəyişikliyi ilə bağlı təcrübələrimiz heç də uğurlu nəticələnməyib,” Blinken deyib.
Blinken İranın hazırda din xadimi tərəfindən idarə olunan dövlət strukturuna qarşı daxili müxalifətin olduğunu etiraf edib, amma bunun “o qədər də aydın olmadığını” bildirib.
Müxalifət “əhalinin ən azı yarısını əks etdirir, amma bütün əhalini deyil” deyib və şəhərlər ilə kənd yerləri arasında fərqliliklərin olduğunu vurğulayıb.
“İranda çox mühafizəkar bir element var ki, o da çox güman ki, əhəmiyyətli dərəcədə böyükdür və rejimə bağlı qalır”, o deyib.