Gürcüstanda siyasi böhran cümə günü daha da dərinləşib. Belə ki, ölkədə hökumətə sadiq ifrat sağçı bir şəxsin mübahisəli şəkildə prezidentliyə namizədliyinin irəli sürülməsi fonunda yeni etirazlar başlayıb.
Hakim “Gürcü Arzusu” partiyasının oktyabr ayında keçirilən parlament seçkilərində qalib gəldiyini bəyan etməsi və ötən ay Avropa İttifaqına üzvlük danışıqlarını təxirə salmaq qərarını elan etməsindən bəri Qara dəniz ölkəsində etirazlar baş qaldırıb.
Şənbə günü Gürcü Arzusu ifrat sağçı keçmiş futbolçu Mixeil Kavelaşvilini mübahisəli seçki prosesində prezident təyin edəcəyi zaman daha çox iğtişaşların olacağı gözlənilir.
Qərb tərəfdarı hazırkı prezident Salome Zurabişvili vəzifədən getməkdən imtina edib və yeni parlament seçkilərinin keçirilməsini tələb edib ki, bu da konsitusion qapanmaya yol aça bilər.
Müxalif qruplar Gürcü Arsuzunu parlament seçkisini saxtalaşdırmaqda, demokratik geriləmədə və Tbilisini Rusiyaya yaxınlaşdırmaqda və bunların hamısını Qafqaz ölkəsinin Aİ-na üzvlüyü bahasına etməkdə günahlandırır.
Etirazçılara qarşı polisin güc tətbiq etməsi də ölkə daxilində qəzəbə, xaricdə isə qınağa səbəb olub.
Vaşinqton bu gecə Gürcüstan rəsmilərinə yeni sanksiyalar tətbiq edərək, “Gürcüstanda demokratiyaya xələl gətirmək”də ittiham olunan təqribən 20 nəfərin viza almasını qadağan edib. ABŞ Dövlət Departamentinin məlumatına görə, onlara hazırkı nazirlər və parlament üzvləri daxildir.
Polis etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib, 400-dən çox nümayişçisi həbs edib. Ölkənin insan hüquqları üzrə ombudsmanı təhlükəsizlik qüvvələrini saxlanılanlara “işgəncə vermək”də ittiham edib.
‘Misli görünməmiş konstitusiya böhranı’
Aİ tərəfdarı nümayişçiləri son iki həftədir hər gün Gürcüstan boyu etirazlar keçirib. Cümə günü Tbilisidə əlavə etirazların keçiriləcəyi gözlənilir.
Şənbə günü Gürcü Arzusunun nəzarət etdiyi seçicilər kollegiyasının Kavelaşvilini ölkənin yeni formal prezidenti seçməsi gözlənilir. Müxalifət bilvasitə keçiriləcək bu səsverməni boykot edir.
53 yaşlı Kavelaşvili kəskin anti-Qərb çıxışları və LGBTQ hüquqlarının əleyhinə olması ilə tanınır.
Gürcü Arzuzu birbaşa keçirilən prezident seçkilərini 2017-ci ildə ləğv edib.