Prezident Co Bayden bazar günü üsyançı döyüşçülərin Suriya prezidenti Bəşar Əsədi devirməsindən sonra Birləşmiş Ştatların Suriyada tərəfdaşlar və maraqlı tərəflərlə imkanların dəyərləndirilməsi və risklərin idarə edilməsi üçün işləyəcəyəni bildirib.
Bayden Ağ Evdə Suriyada baş verənlərlə bağlı açıqlamalar verərək, ABŞ-ın keçid dövründə Suriyanın qonşularına dəstək verəcəyini və üsyançı qrupların söz və hərəkətlərini qiymətləndirəcəyini bildirib.
Bayden ABŞ-ın Əsədin harada olduğunu rəsmən bilmədiyini, lakin onun Moskvaya qaçdığına dair xəbərlərin olduğuna diqqət çəkib. O, Əsədin “məsuliyyətə cəlb edilməli olduğunu” bildirib.
Bayden Suriyanın risk və qeyri-müəyyənlik dövründə olduğunu və son illərdə ilk dəfə olaraq nə Rusiya, nə İran, nə də Hizbullah silahlı qruplaşmasının Suriyada təsirli rol oynamadığını deyib.
“İllərdir Əsədin əsas dəstəkçiləri İran, Hizbullah və Rusiya olub. Lakin son bir həftə ərzində onların dəstəyi iflasa uğradı - hər üçünün - çünki onların hər üçü bu gün mənim vəzifəyə gəldiyim vaxtdan daha zəifdir”, 2021-ci ildə prezident olan Bayden bildirib.
Bayden bildirib ki, ABŞ qüvvələri bazar günü Suriya daxilində İslam Dövləti militant qruplaşmasının düşərgələri və əməliyyatçılarını hədəf alaraq onlarla dəqiq zərbə endirib.
“Hamımız bundan sonra nə olacağı sualını verdiyimiz zaman Birləşmiş Ştatlar Suriyadakı tərəfdaşlarımız və maraqlı tərəflərlə birlikdə onlara risklərin idarə edilməsi imkanından istifadə etməsinə kömək edəcək”, Bayden əlavə edib.