Kriptovalyuta investorları Trampın dövründə bu sektorda artım gözləyirlər

Your browser doesn’t support HTML5

Kriptovalyuta investorlarının Donald Trampın prezidentliyi ilə bağlı böyük ümidləri var. O bu il seçki kmapaniyası zamanı rəqəmsal valyutaları dəstəkləyib. Amerikanın Səsinin müxbiri Skot Sternsin reportajını təqdim edirik.

Donald Tramp prezidentlik uğrunda apadığı kampaniya zamanı Bitcoin icmasını 100 il əvvəl ABŞ poladının gücü ilə müqayisə edib.

“Amerikanı quran məhz bu əhval-ruhiyyədir və bizə Amerikanı yenidən möhtəşəm etməyə yardım edəcək də elə bu əhval-ruhiyyədir,” ABŞ prezidentliyinə namizəd ikən Donlad Tramp deyib.

Tramp deyir ki,o, Birləşmiş ştlatrı planetin kripto paytaxtıan çevirəcək.

“Əgər gələcəyi kripto müəyyən edəcəksə, mən onun mədən işinin, hasilat və istehsalının ABŞ-da olmasını istəyirəm,” o deyib.

Trampın qələbəsinin ardınca Bitcoin-in dəyəri rekord səviyyəyə çatıb. Trampın ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası tərəfindən kriptovalyutaya nəzarəti azaltmaq vədləri rəqəmsal valyuta inverstorlarını həvəsləndirib. Bazar analitiki Qarris Haylman deyir ki, Co Bayden administrasiyası bu komissiya vasitəsilə bəzi pis aktyorları kənarda saxlamaq üçün daha sərt nəzarətdən istifadə edib.

“O, şübhəsiz ki, kriptovalyuta bazarına daxil olmaq istəyən saxtakarlar üzərində yayındırma effekti yaratdı. Yəni əgər indi daha əlçatan bir arena yaratmaq istəyirsinizsə, o zaman bir növ bumeranq effekti yarana bilər ki, nəticədə daha çox fırıldaqçılıq və qanun pozuntusu yaşana bilər. Bunun da kriptovalyutanı real aktiv olaraq almaq istəyən insanlara çox mənfi təsiri ola bilər,” kriptovalyuta üzrə mütəxəssis Qarrik Haylman deyir.

Bazar analitiki Suzanna Striter deyir ki, Trampın kripto tərəfdarı komandası bu kriptovalyuta sektorunu dəstəkləmək üçün siyasətdə başqa dəyişiklikləri nəzərdən keçirir.

“Onların irəli sürdüyü siyasətə Bitcoin və başqa kriptovalyutaların stateji ehtiyatının yaradılması daxildir, çünki aktivlər cinayətkarlardan ələ keçirilib, amma satılmayıb. Ancaq bunun arxasındakı ideya odur ki, sadəcə olaraq bu aktivləri saxlamaq deyil, növbəti bir neçə ildə onları artırmaq lazımdır,” Hargreaves Lansdown şirkətindən Striter deyir.

Striter deyir ki, Trampın yanaşması kriptovalyuta sənayesini böyük ölçüdə mərkəzləşdirilməmiş şəkildə saxlamaq maraqları ilə daha uyğun görünür.

“Həm də belə görünür ki, komanda mərkəzi bank tərəfindən rəqəmsal valyutanın buraxılmasını dəstəkləmir. Bu isə rəqəmsal dollardır və valyutanın daha çox mərkəzləşdirilməsinə səbəb ola bilər ki, bu da şübhəsiz ki, kriptovalyuta sənayesi tərəfindən dəstəklənmir,” o deyir.

Bir də İlon Mask var ki, onun elektrik avtomobil şirkəti olan Tesla əhəmiyyətli miqdarda Bitcoin-ə sahibdir.

Mask Trampın seçki kampaniyasına son ayında daxil olub və indi qarşıdan gələn hökumətin səmərəliliyi artırmaq səylərinə həmsədrlik edəcək.

“Mən daha öncə siyasi baxımdan fəal olmamışam. Mən indi siyasi baxımdan fəalam, çünki düşünürəm ki, Amerikanın və bəşəriyyətin gələcəyi risk altındadır,” İlon Musk deyib.

Haylman deyir ki, Mask gözlənilir ki, kriptovalyutaya həvəs yaratmaqda mərkəzi rol oynayacaq.

“O, Dogecoin-in böyük pərəstişkarıdır. Dogecoin mem kriptovalyutasıdır və onun ən əyləncəli nəticənin ən ehtimal olunan nəticə olduğuna dair fəlsəfəsi ilə uyğundur,” o deyir.

Rəqəmsal valyutaların daha gerniş bir şəkildə qəbul edilməsinin qarşısında hələ də əngəllər mövcuddur. Belə ki, Pew Araşdırma Mərkəzinin ötən aya olan məlumatları göstərir ki, amerikalıların demək olar ki, üçdə ikisi kriptovalyutalara sərmayə qoymağın, alqı-satqısı ilə məşğul olmağın və ya istifadəsinin mövcud yollarının etibarlı və təhlükəsiz olduğuna dair inanclarının ya az ya da heç olmadığını deyirlər.