Prezident Co Bayden bazar ertəsi günü Ağ Evdə son bayram mövsümünə iki hind quşunun əvfi ilə başlayıb. Şükran bayramı masasından yan keçən quşlar ömürlərini Minnisota ştatında davam etdirəcək.
2500 qonağı cənub bağçasında qarşılayan Bayden “Peach” və “Blossom”un taleləri ilə bağlı zarafatlar edib və Vaşinqtonda yarım əsrlik hakimiyyətdən sonra prezidentliyinin son həftələri ilə bağlı nostalgiya dolu fikirlərini bölüşüb.
“Bu, həyatımın şərəfi olub. Həmişə minnətdar olacağam”, ” Bayden 2025-ci il yanvarın 20-də gedəcəyni qeyd edərək deyib.
Həmin gün hakimiyyət Prezident seçilən Respublikaç Donald Trampa keçəcək. Trampı dörd il əvvəl məğlub edən və yenə də mübarizə aparan Bayden yaşı və dözümlülüyü ilə bağlı narahatlıqlar səbəbindən yarışdan çəkilməyə məcbur olub. Bayden 82 yaşındadır.
İnauqurasiya gününə qədər Prezident və birinci xanım Cill Bayden çoxsaylı tədbirləə qatılacaq və bu, onların uzunmüddətli sağollaşmasının bir hissəsi olacaq.
Dekabr ayında Ağ Evdə müxtəlif təbəqələr - Qərb Qanadı işçiləri, Konqres üzvləri və Ağ Evin mətbuat korpusuna həsr olunmuş bayram şənlikləri keçiriləcək.
“Peach” və “Blossom” Minnesota ştatının Northfield şəhəri yaxınlığındakı Con Zimmermanın fermasından gətirilib. Təxminən 4 milyon hinduşka yetişdirən Zimmerman İkinci Dünya Müharibəsindən sonra Truman administrasiyasından bəri ABŞ prezidentlərinə Şükran Günü hinduşkaları hədiyyə edən Milli Hind quşu Federasiyasının prezidentidir.
Prezident Harri Truman quşların yeyilməsinə üstünlük verirdi. Rəsmi əfv mərasimi 1989-cu ildə Prezident Corc H.W administrasiyası tərəfindən Ağ Evdə illik ənənəyə çevrilib.
Bu arada birinci xanım Cil Bayden Ağ Evin rəsmi Milad ağacını qəbul edib Ağac mavi otaqda bəzədilib nümayiş etdiriləcək. 5,64 metrlik Fraser küknarı Şimali Karolinanın Helen qasırğası tərəfindən bu yaxınlarda dağıdılan fermadan gətirilib.