Azərbaycan prezidentinin idarəsi Prezident İlham Əliyevin ABŞ-ın 47-ci prezidenti seçilmiş Donald Trampa zəng etdiyini bildirir.
Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edən Əliyev deyib ki, “seçkilərdə inamlı qələbə Amerika xalqının onun [Trampın] yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.”
Əliyev vurğulayıb ki, Tramp növbəti prezidentlik dönəmində qlobal arenada təhlükəsizliyin təmin olunmasında “daha da önəmli rol” oynayacaq.
Tramp təbrikə görə Azərbaycan dövlət başçısına təşəkkür etmiş və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd etmişdir.
İyul ayında seçki kampaniyası zamanı Donald Trampa Pennsilvaniya ştatının Batler şəhərində silahlı hücumu qınayan Prezident Əliyev o zaman X platformasında bəyanat yaymışdı.
“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq” - deyə, Əliyev Trampın tezliklə sağalmasını arzuladığını bildirmişdi.