ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp onun milli təhlükəsizlik müşaviri vəzifəsinə seçdiyi namizədin bazar günü bildiriydinə görə, Rusiyanın Ukraynaya qarşı təxminən üç ildir davam edən müharibəsində müxtəlif silahlardan istifadənin genişlənməsindən “inanılmaz dərəcədə narahatdır”.
Hazırda Florida konqresmeni Maykl Valz Fox News Sunday proqramında müsahibədə bildirib ki, prezident Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyasının Ukraynaya Rusiya quru qüvvələrinin döyüş meydanında irəliləyişini dayandırmaq üçün piyada əleyhinə minalardan istifadə etməyə icazə vermək qərarı Ukraynaınn şərqində döyüşləri “Birinci Dünya Müharibəsi dövründə səngər müharibəsinə” bənzər şəkildə dəyişib.
Valz bildirib ki, qərar “bu münaqişəni sona çatdırmaq üçün daha geniş çərçivədə qəbul edilməlidir”.
ABŞ-ın müdafiə naziri Lloyd Austin keçən həftə Ukraynanın şərqində əsas döyüş meydanında münaqişənin xarakteri dəyişdiyi üçün ABŞ-ın Ukraynaya piyada əleyhinə minalar göndərdiyini bildirib.
Onun sözlərinə görə, Moskvanın hücumunda zirehli maşınlarda qorunan qüvvələrdən daha çox Rusiyanın quru qoşunları iştirak etdiyinə görə Ukraynanın “bu səyləri ləngitməyə kömək edəcək şeylərə ehtiyacı var”.
Valz yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Trampın qırğından narahat olduğunu bildirib, lakin daha geniş şəkildə ən vacib sualın bu olduğunu deyib: “Biz çəkindirməni necə bərpa edəcəyik və sülhü necə təmin edəcəyik?”
“Biz bunu məsuliyyətli bir sona çatdırmalıyıq”, o deyib.
Tramp ABŞ-ın 47-ci prezidenti kimi vəzifəyə başlamazdan əvvəl belə tez-tez Rusiya-Ukrayna müharibəsini bitirəcəyini iddia edib. O heç vaxt bunu necə edəcəyini deməyib və sentyabrda keçirilən seçki debatında Ukraynanın qalib gəlməsini istədiyini söyləməkdən imtina edib.
Bayden Şimali Koreyanın Moskva qüvvələrinin tərəfində döyüşmək üçün 10 min hərbçi göndərməsinə cavab olaraq, Ukraynaya Vaşinqton tərəfindən təchiz edilmiş Rusiyanın dərinliklərinə çata bilən 300 kilometr mənzilli raketləri atmaq səlahiyyəti verib. Kyiv iki gün ərzində raketlərlə Rusiyanın Bryansk vilayətindəki silah anbarlarını hədəf alıb.
Bundan sonra Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərq bölgəsindəki Dnepr çayını hədəf alan yeni eksperimental raket buraxıb.
“Bu, açıq eskalasiyadır”, Valz deyib. “Bu eskalasiya hara gedir? Sülh danışıqları üçün hər iki tərəfi masa arxasına necə gətirə bilərik?”, o əlavə edib.
Təyinatı üçün Senatın təsdiqi tələb edilməyən Valz Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşdüyünü bildirib. Valz ABŞ-ın hər hansı bir rəqibinin Vaşinqtonda hakimiyyətin demokrat Baydendən onun uzun müddətdir siyasi rəqibi olan Respublikaçı Trampa keçməsi ilə “bir tərəfi digərinə qarşı qoya biləcəyini” düşünürsə, “yanlış” olduğunu deyib.
O, İsrailin İran tərəfindən maliyyələşdirilən Qəzzada HƏMAS və Livanda Hizbullah militantları ilə mübarizə apardığı Yaxın Şərqdə çoxsaylı münaqişələrdə Trampın sülhü “tezliklə” bərpa edəcəyinə “əmin olduğunu” bildirib.
Bununla belə, Qəzzada münaqişə ilə bağlı aylarla davam edən atəşkəs danışıqları dalana dirənib və Hizbullah-İsrail münaqişəsinin dayandırılması üçün aparılan danışıqlarda hələlik razılıq əldə olunmayıb.