ABŞ Dövlət Departamenti Blinkenin İtaliyada keçiriləcək G7 toplantısında iştirak edəcəyini bildirib

ABŞ Dövlət katibi Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken gələn həftə G7 - yeddi böyük demokratiya ölkələri qrupunun toplantısında iştirak etmək üçün həftə sonu İtaliyaya səfər edəcək. Bu barədə Dövlət Departamenti cümə günü Ukraynadakı müharibədə gərginliyin artması fonunda bildirib.

G7 liderləri ötən şənbə günü sanksiyalar, ixrac nəzarəti və digər tədbirlər vasitəsilə Rusiyanın Ukraynaya müdaxiləsi üçün ciddi xərclər qoymağa davam edəcəklərini təkrarladılar və Kyivə lazım olan müddətdə dəstək verəcəklərini vəd etdilər.

Dövlət Departamenti Blinkenin İtaliyadakı toplantıda “Yaxın Şərqdəki münaqişələr, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Hind-Sakit okean təhlükəsizliyi, həm Haiti, həm də Sudanda davam edən böhranlar” kimi məsələləri müzakirə edəcəyini bildirib.

23-27 noyabr tarixlərində səfəri zamanı Blinken G7 danışıqlarından sonra Vatikanda Papa Fransisklə də görüşməyi planlaşdırır.

ABŞ, Kanada, Yaponiya, Fransa, Almaniya və İngiltərənin də daxil olduğu G7 qrupuna 2024-cü ildə İtaliya sədrlik edir.