Lukaşenko etirazlar təkrarlanacağı təqdirdə Belarusda internetə çıxışı bağlayacağını bildirib

Belarus Nuclear Weapons

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, prezident seçkilərindən sonra 2020-ci ildə baş verənlərə bənzər kütləvi etirazlar yenidən başlasa, ölkədə internetə çıxış tamamilə bağlanacaq.

"Əgər belə bir vəziyyət təkrarlansa, tamamilə söndürəcəyik. Açığı, deyim ki, bu, demək olar ki, həmişə, xüsusən də ilkin mərhələlərdə mənim icazəmlə olub", BelTa Lukaşenkonun bir sıra universitetlərin tələbələri ilə görüşdə 2020-ci ildə internetin bağlanmasının necə baş verdiyinə dair suala cavabından sitat gətirib.

Onun sözlərinə görə, guya internetdən "marşrutları göstərmək, döymək, sındırmaq" üçün istifadə olunub: "Bütün pis şeylər internetdən keçir. Siz nə düşünürsüz düşünün, mən baxıb dua edəcəm ki, siz kiməsə mesaj göndərməyəsiniz ki, əgər sabah ölkə olmazsa? ... Mən ölçüb-biçib fikirləşirəm: ölkəni xilas etmək üçün biz internet bir-iki saatlıq bağlayaq ki, məxfi xidmətlər oradan cəmiyyətimizi idarə etməsinlər".

Lukaşenko həmçinin tələbələrlə görüşə prezident kimi gəldiyin və “seçki toplantısı keçirməyəcəyinə” əmin edib. Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.

Belarusda 2020-ci il prezident seçkilərinin nəticələri Lukaşenko rejiminə qarşı kütləvi etirazlara səbəb olub. Avqustun 9-da seçki günündən başlayaraq bir neçə gün ərzində bütün ölkə ərazisində internet kəsilib. Bundan sonra bazar günləri keçirilən mitinqlərdə də internet "qapanmalara" məruz qalıb.

Etirazlardan sonra Belarus hakimiyyəti repressiyalara başlayıb, nəticədə minlərlə insan həbs edilib. Bu cür siyasi motivli təqiblər bu gün də davam edir. "Vyasnya" insan haqları mərkəzinin məlumatına görə, 22 noyabr 2024-cü il tarixinə Belarusda 1268 nəfər siyasi məhbus kimi tanınıb.