Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya qüvvələri Ukraynaya qitələrarası ballistik raket atıb və bu, təsdiqlənərsə, Rusiyanın 2022-ci ilin əvvəlində işğalından sonra belə bir silahdan ilk istifadəsi olacaq.
Ukrayna Hərbi Hava Qüvvələri raketin Rusiyanın Həştərxan vilayətindən buraxıldığını və hipersəs raketi və yeddi qanadlı raketin daxil olduğu daha geniş hücumların bir hissəsi olduğunu bildirib.
Rusiya Ukraynanın bəyanatını hələ şərh verməyib.
Nüvə başlığı daşıya bilən daha uzunmənzilli ICBM-nin yerləşdirilməsi ABŞ və İngiltərənin hər birinin Ukraynanı Rusiyanın dərinliklərindəki hədəflərə hücumlarda daha uzunmənzilli raketlərdən istifadəsinə icazə verməsindən bir neçə gün sonraya təsadüf edir.
Ukrayna rəsmiləri cümə axşamı Rusiyanın hava hücumları nəticəsində Dnipropetrovsk vilayətindəki sənaye obyektinə ziyan dəydiyini bildiriblər.
Dnipropetrovsk qubernatoru Serhiy Lisak hücumların Dnipro şəhərini hədəf aldığını və bir neçə yanğına səbəb olduğunu deyib.
Ukraynanın Sumı vilayətinin qubernatoru Vladimir Artyux Telegram-da Rusiya qüvvələrinin iki ölkə sərhədi boyunca əraziləri atəşə tutduğunu və pilotsuz uçüş aparatı ilə hücum etdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə vasitələrinin Rostov vilayəti üzərində iki Ukrayna pilotsuz aparatını və Volqoqrad üzərində iki pilotsuz təyyarəsini məhv etdiyini bildirib. O, həmçinin Britaniya istehsalı olan iki “Storm Shadow” qanadlı raketini də vurduğunu bildirib.
Rostov qubernatoru vəzifəsini icra edən Yuri Slyusar Telegram-da Ukraynanın hücumu nəticəsində itki və dağıntıların olmadığını bildirib.
ABŞ minaları
ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə günü bildirib ki, Kyiv qüvvələrinə Rusiya quru qoşunlarının irəliləməsinin qarşısını almaq üçün ABŞ Ukraynaya piyada əleyhinə minalar göndərməyi planlaşdırır.
Bu qərar prezident Co Baydenin Ağ Evdə fəaliyyətinin son iki ayında öz mövqeyini dəyişməsindən və Ukraynanın indi Vaşinqton tərəfindən təchiz edilmiş, Rusiyanın daha dərinliklərinə qədər uzaqmənzilli raketləri buraxmaqda azad olduğunu deməsindən sonra son günlər ərzində ABŞ-ın ikinci siyasət dəyişikliyidir.
Ukrayna çərşənbə axşamı ilk hücumu ilə tez bir zamanda sursat anbarlarını hədəf alıb.
Austin onunla birlikdə Laosa səfər edən jurnalistlərə danışarkən, ABŞ-ın minalarının Ukraynaya göndərilməsinə icazənin Moskva qüvvələrinin döyüş taktikasını dəyişdirməsi səbəbindən zəruri olduğunu deyib.
Onun sözlərinə görə, Rusiya quru qüvvələri döyüş meydanında zirehli personal daşıyıcıları tərəfindən qorunan qüvvələrə deyil, hücuma rəhbərlik edir, ona görə də Ukraynanın “Rusiya tərəfinin bu səylərini ləngitməsinə kömək edə biləcək şeylərə ehtiyacı var”.
Rusiya son həftələr Ukraynanın şərqində daha çox ərazini ələ keçirib.
Austin ABŞ-ın təmin edəcəyi minaların özünü aktivləşdirmə və özünü partlatma üçün idarə oluna biləcəyini deyib.
Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü qeyd edib ki, Rusiya ABŞ kimi BMT-nin piyada əleyhinə minaların qadağan edilməsinə dair konvensiyasını imzalamayıb, lakin Ukrayna imzalayıb.
“Human Rights Watch” təşkilatının məlumatına görə, Rusiya Ukraynada ən azı 13 növ mina yerləşdirib və “The Washington Post” yazır ki, onlardan Ukraynadan ələ keçirdiyi ərazilərdə geniş şəkildə istifadə edir.
Çərşənbə günü ABŞ həmçinin Kyivə raket sistemləri üçün silahlar, artilleriya və tank əleyhinə silahlar da daxil olmaqla, daha 275 milyon dollarlıq sursat paketi göndərdiyini bildirib. Bu, 2021-ci ilin avqustundan bəri 70-ci belə göndərişdir.
Dəyişən siyasətlər və əlavə silah tədarükü Bayden və onun müdafiə komandasının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl Ukraynanın müharibə səylərini gücləndirməsi kimi görünür.
Tramp ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyinə şübhə ilə yanaşır, hətta vəzifəyə başlamazdan əvvəl müharibənin bitəcəyini iddia edib, lakin bunu necə edəcəyi ilə bağlı heç bir təfərrüat təqdim etməyib.