Bayden Helen və Milton qasırğalarından sonra 100 milyard dollarlıq təcili yardım istəyir

Prezident Co Bayden Helen və Milton qasırğaları və digər təbii fəlakətlərdən sonra təcili yardım üçün təxminən 100 milyard dollar tələb edib və qanunvericilərə pula "təcili ehtiyac olduğunu" bildirib.

Bayden Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda qasırğslardan zərər çəkənlərlə birbaşa görüşdüyünü, sakinlərin və müəssisələrin federal hökumətdən nəyə ehtiyacı olduğunu eşitdiyini yazıb.

"Əlavə resurslar bu icmalara dəstəyin davam etdirilməsi üçün çox vacibdir", Bayden bildirib.

Pulun ən böyük hissəsi, təxminən 40 milyard dolları Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin əsas fəlakətlərə yardım fonduna gedəcək. Bayden əlavə pul olmadan bu büdcə ilində fondun çatışmazlığı ilə üzləşəcəyini deyib.

Onun sözlərinə görə, bu, agentliyin təkcə sağ qalanlara həyati xilasetmə yardımı göstərmək qabiliyyətinə təsir etməyəcək, həm də əvvəlki fəlakətlərdən sonra bərpa işlərini ləngidəcək.

Əlavə 24 milyard dollar məhsul və ya mal-qara itkisi ilə üzləşmiş fermerlərə kömək edəcək, 12 milyard dollar isə Mənzil və Şəhərsalma Departamenti tərəfindən idarə olunan icma inkişafı blok qrantlarına yönəldiləcək.

Təxminən 8 milyard dollar daha çox 40-dan çox ştat və ərazidə magistral yolların və körpülərin yenidən qurulmasına və təmirinəayrılacaq. Administrasiyanın həmçinin təbii fəlakətlərdən gələcək zərəri azaltmaq üçün uzunmüddətli su sisteminin təkmilləşdirilməsi üçün 4 milyard dollara ehtiyacı var.

Konqres tələbi qəbul etsə, bir neçə başqa qurum da təcili yardım alacaq. Qanunvericilər administrasiyadan böyük bir rəqəm gözləyirdilər. Luiziana ştatından olan Respublikaçı Conson Konqresin tələbi qiymətləndirəcəyini və "qasırğa qurbanları və bundan əziyyət çəkən insanlara çatdırdığımızdan əmin olacağıq" deyib.

Senatın Təxsisatlar Komitəsində çərşənbə günü Baydenin tələbi ilə maliyyə alacaq bir sıra dövlət qurumlarının rəhbərlərini dinlənilməsi gözlənilir.