Prezident seçilən Donald Tramp 2025-ci ilin yanvar ayında vəzifəyə gələcək. Həmin zaman Respublikaçılar partiyası ABŞ Konqresinə nəzarət edəcək. Belə ki, onlar Amerikalı seçicilərin mandatı nəticəsində həm Senat, həm də Nümayəndələr Palatasında çoxluğa malik olacaqlar.
Respublikaçıların çoxluq təşkil etdiyi növbəti ABŞ Senatının yeni lideri…
“Bizim Amerika xalqından bir mandatımız var. Təkcə Bayden-Harris-Şumer gündəliyinin geridə buraxdığı qarışıqlığı təmizləmək deyil, həm də Prezident Trampın prioritetlərini həyata keçirmək üçün mandat,” Respublikaçı senator Con Tun
Mitç MakKonnellin 18 il boyunca Senatdakı ən əsas rəhbərlik vəzifəsində xidmət göstərməsindən sonra bu vəzifəyə Con Tun keçir. O indidən artıq birici sınağı ilə qarşı-qarşıyadır. Belə ki, Prezident seçilən Donald Tramp Senatın Konstitusiyaya uyğun olaraq kabinet üzvlərini təsdiqləmək rolundan yan keçməyi təklif edib.
“Konstitusiyaya əsasən, Senat məsləhət-və-razılıq vermək rolunu oynayır, ona görə də biz əlimizdən gələni edəcəyik ki, onun nominasiya etdikləri namizədləri tez bir zaman təsdiqləyək və vəzifələrinə təyin edək ki, onlar onun gündəliyini həyata keçirməyə başlaya bilsinlər,” Senator Con Tun.
Demokratlar çoxluğu itirib və yeni Senatda ən azı 47 yerə malik olacaqlar.
“Amerika xalqı bizi çətinliklə qarşı-qarşıya qoyub. Biz bundan dərs çıxarmalıyıq,” Senatın çoxluq lideri Çak Şumer deyib.
Trampın birinci vəzifə müddətinin ilk iki ilində Respublikaçılar Konqresə tam nəzarət edirdi. Amma bir təhlilçi deyir ki, bu həmişə o demək deyil ki, Ağ Ev Konqresdən istədiyi hər şeyi ala biləcək.
“Mitç MakKonnel demişdi ki, o, prezidentin gündəliyini dəstəkləyir və onunla işləyəcək. Amma sonra biz - nominasiyalardan tutumuş siyasətə qədər – gördük ki, onlar prezidentin çox uzağa getdiyinü düşünəndə səs verməyəcəklər,” Corc Vaşinqton Universitetindən Keysi Burqat bildirib.
Respublikaçılar həm də ABŞ Nümayəndələr Palatasında çoxluğu ələ keçiriblər. Bu da Trampın onları tərifləməsinə gətirib çıxarıb.
Prezident seçilən Tramp Nümayəndələr Palatası spikeri Mayk Consonun yenidən palataya rəhbərlik etməsini dəstəkləyib.
“Mən inanıram ki, bu, müasir dövrün ən təsirli Konqresi, müasir dövrün ən təsirli administrasiyası olacaq, çünki açığı, biz dövlət siyasətinin demək olar ki, hər bir sahəsini düzəltməliyik,” Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
Ancaq Respublikaçılar Nümayəndələr Palatasında Demokratlardan çox az sayda daha çox yerə və bununla da çox cüzi fərqlə çoxluğa malikdirlər. Demokratlar mübarizəni davam etdirməyi vəd ediblər.
“Konqresin Proqressiv Kokusu işçi sinfinin və yoxsul insanların güclü müdafiəçiləri olmağa davam edəcək,” Demokrat nümayəndə Pramila Jayapal deyib.
ABŞ-ın yeni 119-cu ABŞ Konqresi yanvarın 3-də işə başlayacaq.