ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Amerika birincidir” prinsipinə qayıdış vədindən başqa yeni administrasiyası dövründə Birləşmiş Ştatların xarici siyasətinin necə formalaşacağı ilə bağlı detalları açıqlamayıb. Lakin seçkilərdə qələbə qazandıqdan sonra dünya liderləri ilə ilk danışıqlar onun Yaxın Şərq və Ukraynada münaqişələrə tez zamanda son qoymaq vədlərini yerinə yetirmək niyyətində olduğunu göstərir. Amerikanın Səsinin Ağ Ev bürosunun rəhbəri Patsi Vidakusvara daha ətraflı məlumat verir.
Trampın xarici siyasətində Qəzzada və Ukraynada münaqişələrin diqqət mərkəzində olacağı gözlənilir
Your browser doesn’t support HTML5
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçkilərdə qələbəsindan sonra dünya liderləri ilə ilk danışıqları onun Yaxın Şərq və Ukraynada münaqişələrə tez zamanda son qoymaq vədlərini yerinə yetirmək niyyətində olduğunu göstərir.