Rusiyanın “Qazprom” şirkəti Avstriyaya təbii qaz nəqlini dayandırıb

Vyanada qərargahlanan OMV şirkəti məlumat verib ki, Rusiyanın dövlətə məxsus təbii qax şirkəti Qazprom şənbə günü Avstriyaya təchizatı dayandırıb. Bu, OMV-nin arbitraj qərarından sonra qaz üçün ödənişləri dayandıracağını deməsindən sonraya təsadüf edib.

Tədarük Avstriya kansleri Karl Nehammerin cümə günü təcili mətbuat konfransı keçirərək, ölkəsinin bu qış üçün alternativ yanacaq təsadürükünü təmin etmədiyini elan etməsindən sonra şənbə günü erkən saatlarda rəsmi şəkildə kəsilib.

OMV Almaniyadakı törəmə müəssisəsinə qazın daha əvvəl kəsilməsinə görə Beynəlxalq Ticarət Palatasından qazandığı 242 milyon dollarlıq arbitraj qərarını kompensasiya etmək üçün Qazproma Avstriyadakı qoluna tədarük etdiyi qaza görə ödəməyi dayandıracağını bildirib.

Avstriya şirkəti elektron məktub vasitəsilə bildirib ki, şənbə günü səhər saat 6-dan sonra qz tədarükü dayandırılıb.

OMV çərşənbə günü Qazprom tərəfindən tədarükün mümkün kəsilməsi halında müştərilərini qazla təmin etmək üçün kifayət qədər ehtiyatının olduğunu bildirib və Avstriyadakı anbarının 90 faiz dolu olduğunu deyib.

“Putin yenə enerjidən silah kimi istifadə edir,” Aİ Komissiyasının Prezidenti Ursula vor der Leyen X sosial media platformasında bildirib. “O, qaz təchizatını kəsməklə Avstriya və Avropaya şantak etməyə çalışır. Bİz buna və qışa hazırıq.”

Rusiya 2022-ci idlə Avropaya əksər qaz tədarükünü kəsərək, buna səbəb olaraq ödənişin rublda edilməsi ilə bağlı narazılıqları göstərmişdi. Avropa liderləri isə bu addımı onların Rusiyanın hərbi müdaxiləsinə qarşı Ukraynaya verdikləri dəstək səbəbilə şantaj olaraq qiymətləndirmişdi.

Avropa hökumətləri daha sonra daha yüksək qiymətə alternativ təchizat tapmağa məcbur olmuşdular və mayeləşdirilmiş təbii qazının böyük hissəi gəmi ilə ABŞ və Qətərdən gətirildi.

Avstriya təbii qazının böyük bir hissəsini Rusiyadan alır. Energetika nazirini Lenor Geveslerin dediyinə görə, ptən ilin dekabrın ayında bu rəqəm 98 faiz olub.