Rusiya hərbçiləri cümə axşamı Ukraynanın şərqində bir kəndi ələ keçirdiklərini və qüvvələrin Kuraxove şəhərinə yaxınlaşdığını bildiriblər.
Rusiya Müdafiə Nazirliyi ordunun Donetsk vilayətinin Voznesenka kəndini ələ keçirdiyi haqda məlumat verib.
Agence France-Presse xəbər agentliyi bildirib ki, bu şəhərin 2022-ci ildə müharibə başlamazdan əvvəl təxminən 20 min əhalisi var idi.
RIA dövlət xəbər agentliyinin məlumatına görə, Rusiya həmçinin Ukraynanın aerodromlarına və enerji obyektlərinə zərər verdiyini və 78 pilotsuz təyyarəni vurduğunu bildirib.
Ukrayna ordusu isə gecə ərzində göndərilən 59 rus pilotsuz təyyarəsindən 21-ni vurduğunu bildirib.
Döyüşlər çərşənbə günü səhər Kyivə və Ukraynanın digər məntəqələrinə ballistik və qanadlı raketlər və onlarla dronların iştirakı ilə kütləvi hava hücumundan sonra baş verib.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, onun bölmələri Rusiyanın 8 regionda atdığı 4 raket və 37 pilotsuz uçuş aparatını vurub.
“Qüvvələrimizin ölkəni Rusiya terrorundan müdafiə etmək üçün vasitələrinin olması vacibdir”, Ukrayna prezidenti Volodimir Zelenski hücumdan sonra deyib.
Çərşənbə günü müraciətində Zelenski ölkənin “hava hücumundan müdafiə döyüşçülərini” tərifləyib.
“Hər gecə, hər gün Rusiyanın “Shahed” pilotsuz təyyarələrini və raketlərini vururlar. Bu səhər onlar Rusiya ballistikasını ələ keçirib. Bu, əlamətdardır. Hər bir belə uğur xalqımızın həyatını xilas etmək deməkdir", Ukrayna prezidenti deyib.
Ukrayna müttəfiqlərinə Rusiyanın hücumlarından qorunmaq üçün daha çox hava hücumundan müdafiə sistemi tədarük etmələri üçün müraciət edib.
“Ölkə raket əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə bizə kömək edən bütün tərəfdaşlarımıza minnətdardır" - deyə, Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna ədalətli sülhün əldə edilməsi üçün Rusiyanı sıxmalıdır.