“Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bilidirib.
Hacızadə Amerikanın Səsinin enerji sahəsində ABŞ-Azərbaycan əlaqələri ilə bağlı sualının cavabında deyib ki, Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirilir.
Your browser doesn’t support HTML5
"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".
Mətbuat katibi deyib ki, ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.
"Şübhəsiz ki, əvvəlki dövrdə Tramp administrasiyası müvafiq olaraq bu konvensiya çərçivəsində ABŞ-nin iştirakını minimuma endirilmişdi", Hacızadə əlavə edib.