“ABŞ prezidenti Co Bayden çərşənbə günü Donald Trampla gürğşü zamanı daxili və xarici siyasət prioritetlərini müzakirə edəcək və onu Ukraynanı tərk etməməyə çağıracaq” - deyə, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
Respublikaçı Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində vitse-prezident Kamala Harrisi məğlub etdikdən sonra yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.
Ağ Evdən verilən məlumata görə, Bayden çərşənbə günü Trampı Oval Ofisə dəvət edib.
CBS News-un "Face the Nation" proqramına verdiyi müsahibədə Sallivan Baydenin əsas mesajının hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin etmək öhdəliyi olacağını və Trampla Avropa, Asiya və Yaxın Şərqdə baş verənlər barədə danışacağını deyib.
"Bu, Prezidentin Trampa hər şeyi necə gördüyünü, harada durduğunu izah etmək və prezident Trampın vəzifəyə gəlməsindən sonra bu məsələləri necə həll etmək barədə düşündüyünü demək şansı olacaq", Sullivan deyib.
O, hansı mövzuları müzakirə edəcəyini dəqiqləşdirməsə də, onların söhbətində Ukraynanın Rusiya ilə müharibəsinin tez bir zamanda sona çatdırmaq vədinin yer alacağını vurğulayıb.
“Prezident Bayden qarşıdakı 70 gün ərzində Konqresə və gələn administrasiyaya ABŞ-ın Ukraynadan uzaqlaşmamalı olduğunu, Ukraynadan uzaqlaşmağın Avropada daha çox qeyri-sabitlik demək olduğunu iddia etmək imkanı əldə edəcək” - deyə, Sallivan bildirib.
Bunun Baydenin Konqresdən Ukraynaya daha çox maliyyə ayrılmasına icazə vermək üçün qanun qəbul etməsini tələb edəcəyi anlamına gəlirmi deyə soruşulduqda Sallivan bununla bağlı konkret bir cavab verməyib.
"Mən konkret qanunvericilik təklifi irəli sürmək üçün burada deyiləm. Prezident Bayden səlahiyyət müddətinin ba.a ,atmas;ndan sonra Ukrayna üçün davamlı resurslara ehtiyacımız olduğunu iddia edəcək", Sallivan deyib.
Vaşinqton 2022-ci ilin fevral ayında Rusiyanın işğalına məruz qaldıqdan sonra Ukraynaya on milyardlarla dollar dəyərində hərbi və iqtisadi yardım təqdim edib. Bu maliyyə dəstəyini Tramp dəfələrlə tənqid edib və digər Respublikaçı qanunvericilərlə birlikdə buna qarşı mübarizə aparıb.