Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda dünyanın müxtəlif ölkələrindən olan bir qrup könüllü fələstinlilərə dəstək məqsədi ilə aksiya keçirib.
Aksiya iştirakçıları məqsədlərinin dünyanın diqqətini Qəzzada mülki vətəndaşların həlak olmasına cəlb etmək olduğunu bildiriblər.
Etirazçılar “Genosidə son!”, “Işğala son!”, “Hüquqlara qayıtmaq!” şüarları qaldırıb.
Akisya insidentsiz keçib, müdaxilə olmayıb.