ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə yeni dörd illik prezidentlik müddətinə seçilmək üçün 2024-cü il seçkilərində qətiyyətli qələbə əldə edib.
Noyabrın 5-də seçkilərdən öncə keçirilən sorğularda vitse-prezident Kamala Harrisin Trampdan sorğudan asılı olaraq, çox az fərqlə irəlidə olduğunu göstərirdi.
Sorğularda Demokrat namizəd Harris və Respublikaçı Tramp arasında fərqin seçki ekspertlərinin seçkinin nəticələri üçün mühüm hesab etdikləri yeddi ştatda demək olar bərabər olduğu göstərilirdi.
Bununla belə, Trampın yeddi ştatın hamısında qalib gəlməsi ona ABŞ prezident seçkilərinin nəticəsini müəyyən edən Seçicilər Kollegiyasında ştatlar üzrə səslərin hesablanmasında rəqibinin 226 səsi qarşılığında 312 səslə üstünlük qazandırdı.
Prezident seçkilərində qalib gəlmək üçün lazım olan səslərin sayı 270-dir. TrampViskonsin ştatında 1 faizdən bir qədər az, Arizonada isə 6 faizdən çox səs fərqi ilə seçkinin nəticəsini müəyyən edən yeddi mühüm ştatda qələbə qazandı.
2025-ci il yanvarın 20-də 78 yaşlı Tramp ölkənin 47-ci prezidenti və 1890-cı illərdə Qrover Klivlenddən sonra qeyri-ardıcıl iki dəfə qalib gələn ilk prezident kimi vəzifəyə başlayacaq. O, ABŞ tarixində seçilmiş ən yaşlı prezidentdir.
Tramp həmçinin ümumi səsvermədə qalib gələrək, 2004-cü ildə keçmiş prezident Corc Buşdan sonra bunu edən ilk Respublikaçı namizəd oldu.
Yekun bülletenlər hələ hesablanmağa davam etsə də Tramp Harrisə verilmiş təxminən 71 milyon səs qarşılığında 75 milyon səslə və ya 47,9 faizə qarşı 50,5 faiz üstünlüklə seçkilərin açıq qalibidir.
2024-cü ildə Trampın aldığı səslərin sayı 2020-ci il seçkilərində onun Demokrat prezident Co Baydenə məğlub olduğu zaman aldığı 74 milyon səslə təxminən eyni idi, lakin Harrisə Baydendən təxminən 10 milyon az səs verilib.
Sorğu keçirən amerikalı sosioloqlar çox vaxt sorğuların müəyyən bir zaman kəsimində mənzərəni əks etdirdiyini və proqnozlaşdırı mahiyyəti olmadığını bildirirlər.
Lakin sorğu keçirənlər Trampın 2016-cı ildən etibarən üç dəfə prezidentlik uğrunda iştirak etdiyi yarışlarda hətta anonim aparılan sorğularda seçki məntəqələrində və ya poçtla səs verən zaman seçimlərinin Tramp olduğunu deməyən seçicilərin səslərini nəzərə almaq üçün dəfələrlə aldıqları nəticələri düzəltməyə çalışsalar da ona verilən dəstəyi davamlı olaraq düzgün qiymətləndirməyiblər.
Exit-poll nəticələri qadın seçicilərin Harrisə, kişilərin isə Trampa üstünlük verdiyini göstərib. Daha savadlı seçicilər Harrisə, kollec dərəcəsi olmayanlar isə Trampa səs veriblər, lakin amerikalıların təxminən üçdə ikisinin kollec diplomu yoxdur.
Səslərin əksəriyyətini qazanaraq, Tramp Demokratikların iki ənənəvi seçki elektoratı olan qaralar və latın amerikalı seçicilər arasında dəstək qazanıb.
Associated Press agentliyinin keçirdiyi VoteCast sorğusuna əsasən, 2024-cü ildə qara seçicilərin 16 faizi Trampı dəstəkləyib. Bu, 2020-ci il kampaniyası ilə müqayisədə iki dəfə artıqdır. Müqayisə üçün, qara seçicilərin 83 faizi Kamala Harrisi dəstəkləyib, 2020-ci ildə Baydeni dəstəkləyən qara seçicilər 91 faiz təşkil edirdi.
Demokratlar latın amerikalı seçicilər arasında da mövqelərini itiriblər. 2024-cü ildə Harrisə 2020-ci ildə Baydenə verilmiş 63 faiz səslə müqayisədə 56 faiz səs verilib. Trampa dəstək 4 il əvvəl 35 faizdən bu il 42 faizə yüksəlib.