Jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert Rza Talibi Amerikanın Səsi ilə söhbətində Donald Trumpın yeni prezidentlik dönəmində İran-ABŞ münasibətlərində baş verəcək mümkün ssenariləri dəyərləndirib.
Rza Talibi Donald Trampın ilk prezidentliyi müddətində İran İslam Respublikasına qarşı “maksimum təzyiq” siyasətinə işarə edərək bu dəfə münasibətlərin fərqli bir istiqamətdə irəliləyə biləcəyini istisna etmir.
“Bu dəfə mən düşünürəm ki, İran İslam Respublikası buna hazır idi. Hətta İran prezident seçkilərində də, mən düşünürəm ki - və İranın içində də bəzi uzmanlar bunu deyirdilər ki, Pezeşkianın gəlməsi və İranın daha mötədil mövqe sərgiləməsi də göstərdi ki, İran bir şəkildə Trampın gələcəyini düşünürdü. Bölgədəki əməliyyatlarını və İsraillə olan münaqişəsini da Tramp gələnə qədər kontrollu bir şəkildə saxlaması da bu göstərdi ki, İslam Respublikası hazırlıqsız deyildi,” jurnalist söyləyib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, hazırda İranda Trampın yeni prezidentlik dönəmində İranla ABŞ arasında danışıqların bərpa olunacağının mümkün olduğunu düşünənlər var:
“Daha öncə də Trampın İranla əlaqəli bəzi sözləri var idi ki, əgər nüvə məsələsi qırağa qoyulsa İranla müzakirələr ola bilər. Doğrudur ki, Tramp Qasım Süleymanini öldürmə əmrini vermişdi. Ancaq, İslam Respublikasının içində də bəzi uzmanlar deyir ki, Səddam da bizim gəncləri öldürmüşdü ancaq biz İraqla müzakirəyə getdik. Yəni başqa çarələri də yoxdur. İndi Hizbullah və digər vəkil güclərinin zəifləməsi ilə bərabər onlar potenisallarını nə olduğunu bilirlər.”
SEE ALSO: Riçard Kazlariç: Ukrayna və Yaxın Şərqdə münaqişələr yeni Tramp administrasiyasının güdəmində əsas məsələlər olacaqTalibi deyib ki, İslam Respublikası öncə Trampın Yaxın Şərqdə yürüdəcəyi siyasəti izləyəcək: “Çalışırlar görsünlər ki, Tramp nə edəcək. Tramp əsasən gözlənilməz biridir. Təbii ki, keçən prezindetlik dönəmində onun həm Amerikanın iç siyasəti həm də xarici siyasətində öz mövqeləri var idi, amma o gözlənilməz biri idi. Tehran çalışır görsün ki, Tramp bölgədə hansı siyasətləri izləyəcək və ona görə davam edəcəklər.”
İslam Respublikasına müxalif qüvvələrin bir çoxu Trampın seçkilərdəki qələbəsinə sevinir. Rza Talibinin fikrincə, işlər iranlı müxaliflərin arzuladığı kimi getməyə bilər.
SEE ALSO: Rza Talibi: Məsud Pezeşkiyanı çətin bir yol gözləyirO, əlavə edib ki, “ümumiyyətlə mərkəz müxalifətin içində bu söyləm çox yayğındır. Radikal sağın yüksəlməsi ilə bərabər bu söyləm xüsusilə şahçılar vasitəsi ilə şiddətlə yayılır və müdafiə olunur. İrandakı xalqın içərisində də bu düşüncə var. Onlar düşünür ki, Tramp bir qurtarıcı kimi İslam Respublikasını məhv edə bilər. Yəni, İslam Respublikası onun təzyiqləri ilə gedə bilər... Ancaq Tramp əgər Amerikanın mənfəətləri qorunsa, İslam Respublikası ilə müzakirəyə girər. Ona önəmli deyil ki, İranda rejim dəyişikliyi olsun... Mən düşünürəm ki, İranın mərkəz müxalifətinin əllərində hər hansı bir güc olmadığından dolayı, yəni aralarında hər hansı ittifaq yarada bilmədikləri üçün gözlərini Vaşinqtona tikiblər və ümid edirlər ki, Tramp maksimum təzyiqlə İran məsələsini çözsün. Amma, məncə Tramp İran İslam Respublikasına sonunda masaya gətirə bilər.”