Trampın seçkilərdə qələbəsi NATO və Avropa üçün nə deməkdir?

Amerikanın Avropadakı müttəfiqləri Donald Trampın çərşənbə axşamı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsinin onların təhlükəsizliyi və rifahı üçün nə demək ola biləcəyini müzakirə edir. Belə ki, növbəti dörd il yenidən təlatümlü transatlantik ittifaqla xarakterizə oluna bilər.

Avropanın maraqları

50-yə yaxın Avropa lideri cümə axşamı Budapeştdə 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaradılmış Avropa Siyasi Birliyinin sammiti üçün bir araya gəlib. Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa ABŞ-da Trampın növbəti prezidentliyinə hazırlaşarkən özünü müdafiə etməlidir.

"Elə bir geosiyasi vəziyyət yaranıb ki, bizim iki blokumuz var: bir tərəfdə Amerika Birləşmiş Ştatları, digər tərəfdən isə Çin hər şeydən əvvəl öz maraqlarını güdür. Düşünürəm ki, bizim burada Avropa İttifaqında rolumuz Donald Trampın seçilməsinə münasibət bildirmək, bunun yaxşı olub-olmadığını düşünmək deyil. O, Amerika xalqı tərəfindən seçilib və o, Amerika xalqının maraqlarını müdafiə etməyə hazırlaşı. Bu, qanunidir və bu yaxşı bir şeydi. Sual ondan ibarətdir ki, biz avropalıların maraqlarını müdafiə etməyə hazırıqmı? Bu, özümüzə verməli olduğumuz yeganə sualdır. Mənim üçün isə düşünürəm ki, bu, bizim prioritetimizdir", Makron digər Avropa liderlərinə deyib.

NATO

Alyans Avropanın təhlükəsizliyinin təməl daşı olaraq qalır. Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun Avropa təhlükəsizliyi üzrə baş elmi işçisi Ed Arnold, "Alyans üçün ilk nəticə, ABŞ-dan gözlənilən hərbi yardımın azaldılması halında Ukraynaya dəstəyin necə davam etdiriləcəyidir" deyib.

"Bu, ya NATO vasitəsilə həyata keçirilə bilər və bu yay həmin strukturları rəsmiləşdirmək üçün bəzi addımlar atıldı. Lakin hələ də lazım olduğundan əhəmiyyətli dərəcədə azdır. Bu sahədə artım Aİ vasitəsilə əldə edilə bilər”, - deyə, Arnold Amerikanın Səsinə bildirib.

O, "Düşünürəm ki, əslində mexanizmlər çox güman ki, əhəmiyyətsizdir. Bu, daha çox ayrı-ayrı millətlər üçün xərclə bağlıdır və əgər onlar bu təsirə malik ola bilsələr, bu, olduqca tez artırılmalıdır" deyib.

Avropanın ABŞ-ın Kiyevə dəstəyini geri çəkməsi ilə bağlı hər hansı bir çatışmazlığı doldurmaq imkanı varmı?

Avropa İslahatları Mərkəzinin analitiki İan Bondun fikrincə, "Bəli, lakin bu, Avropanın indi etdiyindən daha çox səy tələb edəcək. Düşünürəm ki, bəlkə Almaniyada, bəlkə də başqa yerlərdə ukraynalıların öz ərazilərinin bir hissəsini itirməyə dözməli olduqlarını söyləyənlər olacaq.

Seçki kampaniyası zamanı Tramp Rusiya-Ukrayna müharibəsini bir gündə bitirəcəyini deyib, baxmayaraq ki, bunun necə əldə ediləcəyi barədə ətraflı məlumat verməyib. Keçmişdə o, Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibəti ilə öyünürdü.

RUSI-nin analitiki Arnold deyib ki, Ukrayna əlverişsiz sülh sazişinə məcbur edilməkdən qorxur və avropalılar hesablamalarını dəyişə bilərlər.

“Avropa daxilində tezliklə danışıqlar yolu ilə həll olunacaqsa, niyə indi yardımı artıraq? deyənlərin olacağına dair narahatlıq ola bilər? Düşünürəm ki, bütövlükdə Avropa, Aİ, həm də NATO üçün risk ABŞ və Rusiyanın bu danışıqlara onlarsız başlaya biləcəyidir”, Arnold bildirib.

Oktyabrın 1-də vəzifəni icra etməyə başlayan NATO-nun baş katibi Mark Rutte Trampı müttəfiqlərinin müdafiəyə daha çox pul xərcləməyə cağıran Trampla bağlı daha nikbin tonda danışıb.

Rutte cümə axşamı Budapeştdə jurnalistlərə deyib: "O, prezident olanda NATO-da bizi [ÜDM xərclərinin 2%-i] üzərindən keçməyə təşviq edən biri olub".

Avropanı təqib edən təkcə təhlükəsizlik qorxuları deyil. Tramp Ağ Evəqayıdanda Amerikanın müttəfiqləri də iqtisadi təlatümlə üzləşə bilər.