Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı

Suzi Vayls və Donald Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qələbəni təmin edən seçki kampaniyasının de-fakto rəhbəri olan Suzi Vaylsı Ağ Ev aparatının rəhbəri təyin edəcəyini açıqladı. O, bu nüfuzlu rolu daşıyan ilk qadın olacaq.

Vayls, Trampın yaxın çevrəsinin daxilində və xaricində geniş şəkildə yeni seçilmiş prezidentin indiyə qədər ən intizamlı və yaxşı icra edilmiş kampaniyasına görə təriflər alıb və bu vəzifə üçün adı hallananlar arasında öndə gedən olub.

O, seçki kampaniyası dövründə diqqət mərkəzindən olmaqdan yayındı və hətta Tramp çərşənbə günü qələbəsini qeyd edərkən mikrofonu götürməkdən belə imtina etdi. Vayls seçki kampaniyasının rəhbəri kimi rəsmi adı götürməmişdi. Belə ki, Trampın bu vəzifədə olan insanların tez-tez dəyişmə tarixçəsi var.

Vaylsın təyinatı Trampın seçilmiş prezident kimi ilk mühüm qərarıdır. O nəhəng federal hökuməti idarə etməyə kömək edəcək komandanı tezliklə qurmalıdır.

Vaylsın federal hökumət təcrübəsi çox deyil, lakin onun seçilmiş prezidentlə yaxın münasibətləri var.

Seçki kampaniyasında Vayls az adamın bacardığı işi bacardı. O, Trampın impulslarını idarə etməyə kömək etdi, onun məsləhətinə əməl edəndə daha yaxşı nəticə əldə etdiyini göstərərək, Trampın hörmətini qazandı.

Vayls uzun müddət Florida ştatında fəaliyyət göstərən Respublikaçı siyasi strateqdir. O, 2016 və 2020-ci illərdə Trampın ştatda seçki kampaniyalarını, 2018-ci ildə Ron DeSantisin qubernator seçkilərində qələbəsi ilə bitən kampaniyasına rəhbərlik edib.