NATO başçısı Mark Rutte cümə axşamı bildirib ki, Şiamali Koreyanın Rusiya ilə Ukraynaya qarşı əməkdaşlığı Avropanın hüdudlarını aşan bir təhlükədir və kollektiv bir şəkildə həll olunmalıdır.
“Şimali Koreyanın bu rolu bu ölkələrin - Çin, Şimali Koreya, Rusiya və təbii ki, İranın - necə birlikdə işlədiyini nümayiş etdirir. Bu, təkcə NATO-nun Avropa hissəsi üçün deyil, həm də ABŞ üçün getdikcə daha böyük təhdiddir, çünki Rusiya Şimali Koreyayın Ukraynaya qarşı müharibədə dəstəyi müqabilində Şimali Koreyaya ən son texnologiyanı çatdırır,” Rutte Budapeştdə Avropa liderləri ilə görüşdən əvvəl jurnalistlərə bildirib.”
Rutte deyib ki, əgər Rusiya Ukraynada müvəffəq olsa, o, daha da cəsarətlənəcək və daha yaxşı təchiz olunacaq. Bu da NATO sərhədində və ABŞ üçün daha böyük təhlükə yaradır.
NATO lideri deyib ki, o, yeni Tramp administrasiyası ilə “təhdidlə üzləşdiyimizdə, dünyanın bizim olan hissəmizi təhlükəsiz saxlamağı necə təmin edəcəyimizi” müzakirə etməyi səbirsizliklə gözləyir.
Cənubi Koreya Prezidenti Yun Suk Teol cümə axşamı Seulda mətbuat konfrasında deyib ki, onun hökuməti Şimali Koreyanın Rusiyanın Ukraynadakı müharibəsində nə dərəcədə iştirak etməsindən asılı olaraq “dəstək strategiyamızı mərhələli şəkildə tənzimləyəcək.”
“Bu o deməkdir ki, biz silahların verilməsi ehtimalını istisna etmirik,” Yun deyib.
Cənubi Koreya və ABŞ rəsmiləri bildirib ki, Şimali Koreya Rusiyanın Kursk regionuna 10 mindən çox əsgər göndərib.
Çərşənbə günü Yeddilər Qrupunun, o cümlədən Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri “Şimali Koreya Demokratik Xalq Respublikasının(KXDR) Rsuiyanın Ukraynada apardığı aqressya müharibəsinə birbaşa dəstəklə” bağlı “ciddi narahatlıqlarını” ifadə edən birgə hesabat yayıblar.
“Biz KXDR və Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən KXDR-in ixracını və Rusiyanın BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq, qeyri-qanuni şəkildə KXDR-dan ballistik raketlərini almasını, həmçinin Rusiyanın bu raketlər döyüş sursatlardan Ukraynaya qarşı istifadəsini pisləyirik” deyən nazirlər bunun münaqişəni təhlükəli şəkildə genişləndirə və Avropa və Hind-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Onlar həmçinin nüvə və ya raketlə əlaqədar texnologiyanın Rusiyadan Şimali Koreyaya mümkün transferi ilə bağlı ciddi narahatlıqlarını dilə gətiriblər.
Dron hücumları
Ukrayna rəsmiləri cümə axşamı Rusiyanın gecə boyu həyata keçirdiyi dron hücumlarından sonra yaşayış binalarına ziyan dəydiyini bildirib.
Kyiv meri Vitali Kliçko Telegram-da bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukrayna paytaxtının beş rayonunda evlər və yaşayış binalarına ziyan dəyib.
Kyiv Şəhərinin Hərbi Administrasiyasının başçısı Serhii Popko deyib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri Kyiv regionu üzərində 30-dan çox dron vurub, iki nəfər yaralanıb.
Ukraynanın cənubunda Odesa regionunda qubernatoru Oleh Kiper cümə axşamı bildirib ki, düşən dron qalıqları bir neçə binaya ziyan vurub, bir nəfəri yaralayıb.
Dnipropetrovsk regionunun qubernatoru Serhiy Lısak Telegramda bildirib ki, Rusiyanın gecə etdiyi dron hücumları nəticəsində beş evə ziyan dəyib, amma yaralanan olmayıb.
Çerkası, Xerson və Mikolayivdə rəsmilər də cümə axşamı bildirib ki, hava hücumundan müdafiə qüvvələri həmin regionlarda Rusiya dronlarını vurub.
Rusiyanın Müdafiə Nazirliyi Voronej üzərində Ukraynaya məxsus iki hava dronunu məhv etdiyini bildirib. Rəsmilər hər hansı ziyan və ya xəsarətin olmadığını bildirib.