Ukrayna Rusiyanın 48 pilotsuz təyyarəsini vurduğunu bildirib

Ukrayna ordusu çərşənbə axşamı Rusiyanın iki idarə olunan raketini, həmçinin Rusiya qüvvələrinin gecə hücumlarında istifadə etdiyi 79 pilotsuz təyyarədən 48-ni vurduğunu bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, ələ keçirmələr Çerkassı, Çerniqov, Xmelnitski, Kyiv, Odesa, Poltava, Sumı və Jitomir vilayətləri üzərində həyata keçirilib.

Zaporijjye vilayətinin qubernatoru İvan Fedorov çərşənbə axşamı Rusiyanın hücumu nəticəsində azı 6 nəfərin öldüyünü, 16 nəfərin isə yaralandığını bildirib. Fedorov Telegram-da bildirib ki, Rusiya bir infrastruktur obyektini vurub.

Ukraynanın Xarkiv vilayətinin rəsmiləri də iki nəfərin yaralanması və üç yaşayış binasına ziyan vuran rus hücumu barədə məlumat veriblər.

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Kursk bölgəsi üzərində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatı məhv edilib.

Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram-da bildirib ki, dağıntı və tələfat barədə məlumat yoxdur.

Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib ki, hazırda Rusiyada 10 mindən çox Şimali Koreya əsgəri var, onların bir hissəsi Kursk kimi cəbhə bölgələrində yerləşdirilib. SözçüJeon Ha-Gyu, kəşfiyyat orqanlarına əsaslanan bəyanatı ABŞ Müdafiə Nazirliyinin oxşar qiymətləndirməsindən bir gün sonra yayılıb.

Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder jurnalistlərə bildirib ki, Rusiyada 11-12 min Şimali Koreya əsgəri ola bilər, onların əksəriyyəti Kurskdadır. Rayder bildirib ki, Pentaqon Şimali Koreyalıların döyüşə girməsi ilə bağlı xəbərləri təsdiq edə bilməyib.