Birləşmiş Ştatlarda seçicilər çərşənbə axşamı növbəti prezidenti seçmək üçün səs verəcək. Rəy sorğuları namizədlər Donald Tramp və Kamala Harrisə dəstəyin bir-birinə çox yaxın olduğunu göstərir. Amerikanın Səsinin müxbiri Skott Sternsin reportajını təqdim edirik.
Kamala Harris təşviqat kampaniyasının son günlərini kritik ştat Miçiqanda keçirdi. Orada o, Detroytda bir toyuq və vafli restoranında seçicilərlə görüşdü.
Daha sonra isə yerli bir kilsədə çıxış edərək, Demokratlar partiyasından seçicilərə Respublikaçılar partiyasından seçicilərin qoşulduğunu dedi.
“Mən nifrət və parçalanma səhifəsini çevirmək və irəliyə doğru yeni bir yol çəkmək əzmində olan bir xalq görürəm. Mən səyahət edərkən, qırmızı ştatlardan tutmuş mavi ştatlara qədər tarixin tağını ədalətə doğru əyməyə hazır olan amerikalıları görürəm,” o dedi.
Donald Tramp isə kritik ştat olan Şimali Karolinada təşviqat kampaniyası apardı. Orada o, tərəfdarlarına Seçki Günündə qalib gələcəyindən əmin olduğunu dedi.
“Çünki bizim böyük, gözəl üstünlüyümüz var. Mayk, bizim etməli olduğumuz yeganə şey çərşənbə günü səs verməkdir, səs vermək,” o bildirdi.
Tramp tərəfdarlarına dedi ki, onların rəqibləri artıq bu seçkini oğurlamağa çalışırlar.
“Onlar seçkidə saxtakarlıq edir və onları tənqid edəndə, onlar səni həbsə atmağa çalışır. Düşünün. Bu mənim gördüyüm ən inanılmaz şeydir. Amma bu mənim xoşuma gəlir. Bilirsiniz niyə? Çünki biz bir şeyi sübut etdik. Biz bir şeyi göstərdik. Və biz bunu düzəldəcəyik. Və biz bu seçkidə qalib gələcəyik,” Tramp dedi.
Həmin seçki görüşündə Tramp bir daha siyasi opponentlərinə, bu dəfə mediaya qarşı zorakılığa eyham vurdu.
Harris deyir ki, seçki təkcə partiya siyasəti və onun sözləri ilə desək “parçalanmaları dərinləşdirmək, nifrət toxumu səpmək, qorxu yaymaq və xaos yaratmaq istəyənlər”dən ibarət deyil.
“Mən məninlə razılaşmayan insanlara qulaq asmağa söz verirəm, çünki mən mənimlə razılaşmayan insanların mənim düşmənim olduğunu düşünümrəm. Əslində mən onlara masada söz verəcəm, çünki güclü liderlər bunu edir,” o dedi.
Bu seçkidə indiyə qədər artıq 75 milyonsan çox insan səs verib. Bu da dörd il öncə səs verənləriin demək ki, olar yarısıdır. İctimai rəy sorğuları seçkinin çox rəqabətli keçdiyini göstərir. Məsələn, New York Times / Siena College-nin ən son apardığı rəy sorğusuna görə, seçicilər arasında həm Tramp, həm də Harrisə dəstək 48 faizdir.