Fələstinli səhiyyə rəsmiləri bildirir ki, İsrailin çərşənbə axşamı endirdiyi hava zərbəsi Qəzzanın şimalında beş mərtəbəli yaşayış binasına tuş gəlib, nəticədə ən azı 60 nəfər ölüb.
Zərbə Beit Lahiyaya endirilib və rəsmilər hücumdan sonra 17 nəfərin itkin düşdüyünü deyib.
İsrail ordusu dərhal şərh verməyib.
BMT Baş katibi Antonio Quterreş İsrail parlamentinin qəbul etdiyi BMT-nin fələstinlilərə yardım agentliyi, UNRWA-nı qadağan edən qanun layihəsini tənqid edib.
Qanunun 90 gün ərzində qüvvəyə minəcək və Quterreş deyib ki, bunun fələstinli qaçqınlar üçün “dağıdıcı nəticələri ola bilər.”
Quterreş bazar ertəsi veerdiyi açıqlamada İsraili beynəlalq qanun altındakı öhdəliklərini yerinə yetirməyə çağırıb və bildirib ki, ölkə qanunvericiliyi “bu öhdəlikləri dəyişdirə bilməz.”
“Bu qanunların həyata keçirilməsi İsraill-Fələstin münaqişəsinin həllinə və bütövlükdə regionda sülh və təhlükəsizliyə zərər verəcəkdir. Daha öncə də dediyim kimi, UNRWA əvəzolunmazdır,” Quterreş bildirib.
BMT-nin humanitar idarəsinin başçısı Volker Turk deyib ki, İsrailin addımı “bir neçə səbəbdən çox narahatedicidir – UNRWA-nın yardımından asılı olanların insan hüquqlarına potensial dəhşətli təsirləri ola bilər.”
Türkiyənin xarici işlər nazirliyi çərşənbə axşamı açıqlamasında bildirib ki, İsrail qanunu beynəlxalq qanunun açıq-aşkar pozulmasıdır.
“BMT Baş Assambleyasının qətnaməsi əsasında yaradılmış UNRWA-nın qadağan edilməsi cəhdlərinə qarşı sərt mövqe sərgiləmək beynəlxalq ictimaiyyətin hüquqi və mənəvi borcudur,” nazirlik bildirib.
UNRWA-nın baş komissarı Filip Lazzarini bazar ertəsi bəyanatında deyib ki, qanun layihəsi “təhlükəli presedent qoyur.”
"Bu, UNRWA-nı gözdən salmaq və onun fələstinli qaçqınlara insan inkişafı yardımı və xidmətləri göstərmək kimi rolunun legitimliyini azaltmaq üçün davam edən kampaniyanın ən sonuncusudur" deyə o, sosial media platforması X-də yazıb.
İsrail UNRWA-nın onlarla işçisini HƏMAS üzvü olmaqda, bəzilərini də 2023-cü ilin 7 oktybar terror hücumunda iştirak etməkdə ittiham edib. UNRWA bildirib ki, İsrailin terror qrupu ilə əlaqələrinə dair sübut təqdim etdiyi təxminən 10 işçisinə qarşı tədbir görüb. Ancaq, təşkilat İsrail rəsmilərindən onlarla digər işçi ilə bağlı kifayət qədər sübut, ya da heç bir sübut almayıb.
Hizbullah lideri
Livanda qərargahlanan Hizbullah militant qrupu İsrailin sentyabr ayında Beyrutda qrupun uzun müddətdir lideri olan Həsən Nəsrullahın öldürülməsindən sonra yeni liderinin Şeyx Naim Qasımın olduğunu elan edib.
Hizbullahın bəyanatında deyilir ki, qrupun Şurası Qasımı seçib və militantlar Nəsrullahın siyasətini davam etdirəcəklər.
Qasım otuz ildən çox Hizbullah liderinin müavini olaraq xidmət göstərib.
HƏMAS və Hizbullah ABŞ tərəfindən terror təşkilatı olaraq görülür.
Regionda ən son münaqişə HƏMAS militantlarının 2023-cü ilin 7 oktyabr hücumunda İsraildə 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürməsindən sonra başlayıb. İsrail HƏMAS-ın 101 nəfəri hələ də girov saxladığına, onlardan 35-nin öldüyünə inandığını bildirir.
Qəzza səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks-hücumu nəticəsində 43 mindən çox fələstinli ölüb. İsrail onlar arasında minlərlə militantın olduğunu bildirir. İsrailin kampaniyası nəticəsində Qəzza zolağının böyük bir hissəsi dağılıb. Döyüşlər və İsrailin evakusiya ilə bağlı göstərişləri səbəbilə Qəzzanın 2.3 milyonluq əhalisinin təxminən 90 faizi didərgin düşüb.