Antoni Blinken və Hakan Fidan Yaxın Şərq və Cənubi Qafqazda durumu müzakirə edib

ABŞ və Türkiyə Yaxın Şərqdə aktual problemləri və Cənubi Qafqazda möhkəm sülhə nail olunması məsələlərini müzakirə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Dövlət katibi Antoni Blinken oktyabrın 24-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb.

Dövlət katibi oktyabrın 23-də Ankarada törədilən terror aktı ilə bağlı xarici işlər nazirinə başsağlığı verib. Dövlət katibi və xarici işlər naziri Livanda mavi xətt üzrə münaqişənin diplomatik həllinə nail olmaq üçün davam edən səyləri müzakirə edib.

Blinken Qəzzada müharibəyə son qoymağın və girovları evlərinə qaytarmağın vaxtı olduğunu bir daha qeyd edib.

Onlar həmçinin Cənubi Qafqazda bütün regiona fayda verəcək qarşılıqlı əlaqənin artırılması ilə ədalətli və davamlı sülhə nail olmağın vacibliyini müzakirə ediblər” Miller qeyd edib.