Kritik ştatlar: Viskonsinin 2024-cü il seçkisində əhəmiyyəti

Your browser doesn’t support HTML5

ABŞ-ın Orta qərbində süd fermaları və pivə istehsalı ilə məşhur Viskonsin ştatı 2024-cü il seçkisində kritik ştatlardan biridir. Tarixən səsvermə nəticələrinin bir-birinə son dərəcə yaxın olduğu Viskonsində 10 elektor səsi növbəti prezidentin kim olacağını müəyyən edə bilər. Ştatda həm şəhərli, həm də kəndli seçicilərin olması, habelə iqtisadiyyat və abort hüquqları kimi məsələlərin önəmli olması onu ölkədəki siyasi bölünmənin mikrokosmuna çevirir.