Harris və Tramp erkən seçicilərin diqqətini cəlb etməyə çalışır

Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp ABŞ prezident seçkilərində artıq səs verməyə başlayan Corciyadan Pensilvaniyaya qədər seçicilərə iddialarını çatdırıb.

Harris və Tramp demək olar ki, ən rəqabətli ştatlarda bərabərdir. Bir çox amerikalı artıq poçtla və ya şəxsən erkən səs verir.

Noyabrın 5-də keçiriləcək seçkilərə cəmi 17 gün qalıb.

Şənbə günü Harris Detroitdə doğulmuş repçi Lizzo ilə birlikdə erkən səsvermənin ilk günündə Miçiqan ştatının Detroit şəhərində keçirilən səsvermə tədbirində tərəfdarlarını toplayıb. Harrisin növbəti dayanacağı Corciya ştatının Atlanta şəhəri olub. Orada musiqi ikonası, pop müğənnisi Uşer ilə birlikdə mitinq keçirib.

Keçmiş prezident Tramp şənbə günü Pensilvaniya ştatının Latrob şəhərində kampaniyasını davam etdirib. Prezidentliyə hər iki namizəd cümə günü Miçiqan ştatında olub.

78 yaşlı Tramp Harrisin kampaniyanın son günlərinin tempindən yorulduğuna dair ittihamlarını rədd edib. Bazar günü Harrisin 60 yaşı tamam olur. Tramp həmçinin bildirib ki, onun iştirakı ilə heç bir seçki tədbirini ləğv etməyib.

Təşkilatçılar bildiriblər ki, Trampın oktyabrın 22-də Corciya ştatının Savanna şəhərində iştirak etməyi planlaşdırdığı Amerika Milli Tüfəng Assosiasiyasının tədbiri ev sahibi tərəfindən ləğv edilib.

"Mən heç yorulmamışam" - deyə, Tramp bildirib.

O, Harrisin sağlamlıq məlumatlarını açıqlamaq çağırışlarını rədd edib və onun özünün idrak testindən keçməli olduğunu deyib

Hər iki prezidentliyə namizədə güclü dəstək verən bir neçə mühüm ştat ehtimal ki, seçkilərin nəticəsini müəyyən edəcək.