Zelenskinin "qələbə planı"na NATO-ya qoşulmağa dəvət, yenidənqurma işlərinə yardım daxildir

Ukrayna Prezidenti Volodimir Zeleski parlamentə “qələbə planı”nı təqdim edir. Kyiv, Ukrayna. 16 oktyabr, 2024.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Ukrayna parlamentində Rusiyanın hərbi müdaxiləsi ilə mübarizədə “qələbə planı”nı açıqlayarkən, Ukraynanın NATO-ya qoşulmağa qeyd-şərtsiz dəvət almasına və Rusiyanın təcavüzünə qarşı nüvə yayındırıcısının göndərilməsinə çağırıb.

“Biz tərədaşlarımızla birlikdə şərtləri elə dəyişməliyik ki, müharibə bitsin,” Zelenski deyib. “Biz hamımız şərtləri elə dəyişməliyik ki, Rusiya sülhə məcbur olsun.”

Plana həmçinin Ukrayna müttəfiqlərindən müharibədən sonra yenidənqurma işləri üçün yardım, habelə Ukraynanın təbii mineral resurslarının müdafiəsi daxildir.

Zelenski planı son bir neçə həftədir Qərb liderləri ilə görüşlərində müzakirə edib.

O, cümə axşamı Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində iştirak edərkən bunu yenidən müzakirə edəcəyini deyib.

Rusiya Ukraynanın NATO-ya qoşulmasına qarşı çıxıb. NATO liderləri isə bunun yalnız Ukrayna və alyans arasında qərar veriləcək məsələ olduğunu deyib.

Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin təklifini rədd edib və onu “keçici sülh planı” adlandırıb.

“Ola biləcək yeganə sülh planı Kyiv rejiminin yürütdüyü siyasətin mənasızlığını dərk etməsi və ayılmağın zərurətini dərk etməsidir,” Peskov deyib.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiyanln gecə hücumlarda ölkəni hədəf almaq üçün istifadə etdiyi 136 drondan 51-ni vurub. Ukrayna hava qüvvələrinin məlumatına görə, dronlar Çerkası, Çernihiv, Dnipropetrovsk, Donetsk, Xarkiv, Xerson, Kirovohrad, Kyiv, Mikolaiv, Poltava, Sumı, Ternopıl və Jitomır regionları üzərində vurulub.

Kyiv Şəhərinin Hərbi Administrasiyasının başçısı Serhiy Popko deyib ki, Ukrayna paxtaxtında hava reydləri ilə bağlı xəbərdarlıq sirenaları iki saat boyunca davam edib. Popko Telegramda deyib ki, itki və ya ziyan yoxdur.

Rusiya hücum zamanı həmçinin iki raket atıb.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, hava hücumundan müdafiə qüvvələri Belqorod regionu üzərində Ukraynanın iki, Voronej üzərində isə bir hava dronunu məhv edib.