Şərqi Azərbaycan vilayətinin yeni valisi Bəhram Sərməst Urmiyə gölünün qurtarılması üçün sistemli yanaşma, milli strukturun yaradılması və yetərli maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğunu deyib.
Sərməst bu yaxınlarda təşkil olunan Urmiyə gölünün xilası üzrə milli işçi qrupunun iclasında bu barədə danışıb. Prezidentin birinci müavininin sədrliyi ilə təşkil olunan iclasda kənd təsərrüfatı naziri, prezidentin elmi müavini, Şərqi Azərbaycan valisi, Qərbi Azərbaycan valisi (işçi qrupun katibi), Kürdüstan vilayətinin valisi, plan və büdcə təşkilatının sədri və ətraf mühit təşkilatının sədri iştirak edib.
Şərqi Azərbaycan valisi Urmiyə gölü məsələsinə yanaşmada sektoral baxışın sistemli baxışa dəyişdirilməsinin və vilayətlər səviyyəsində olan sistemin vilayətüstü milli sistemə çevrilməsinin vacibliyini vurğulayaraq, İbrahim Rəisi dönəmindən bəri davam edən mövcud yanaşmanı tənqid edib.
SEE ALSO: Behzad Ciddi: Milli Hərəkatın Urmiyə gölü ilə bağlı uzunmüddətli planı olmalıdırBəhram Sərməst deyib ki, “Urmiyə gölünü canlandırma mərkəzinin katibliyinə vilayət səviyyəsinin üstündə səlahiyyətləri olan katib təyin edilməli və mərkəz üçün milli inkişaf fondundan adekvat və müvafiq maliyyə vəsaiti təmin edilməlidir”.
İranın ətraf mühit təşkilatının başqanı və prezident müavini Şina Ənsari Şərqi Azərbaycan valisinin təkliflərinə dəstək bildirib.
SEE ALSO: İran Prezidenti Pezeşkian türk dilinin tədrisi, Urmiyə gölü və Azərbaycanın mədənləri ilə bağlı vədlərini yeniləyibRəsmi dövlət agentliyi İRNA-ya istinadən, Ənsari deyib ki, “Şərqi Azərbaycan valisinin regional yanaşma yerinə milli yanaşmanın vacibliyi ilə bağlı sözləri son illərdə diqqət yetirilməmiş bir xüsus olub”.
Ənsari Urmiyə gölünün taleyinin hər kəsin taleyi olduğunu deyib.