Maşın bazarından fotoreportaj

Hər həftənin şənbə və bazar günləri, hər kəsin “Maşın bazarı” kimi tanıdığı Bakı Avtomobil Bazarında izdihamlı maşın alqı-satqısı olur. Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar və Bakı sakinləri burada öz maşınlarını satmağa çalışırlar. Deyirlər ki, bazara axın çox olsa da, alıcı azdır.