Ukrayna qüvvələri şənbə günü Rusiyanın döyüş təyyarəsini vurduğunu bildirib, Rusiya isə Ukraynanın şərqində irəliləyişlər əldə etdiyini iddia edib.
Rusiya bombardmançısı Donetsk vilayətinin Kostiantinivka şəhəri yaxınlığında vurulub. Bu barədə Ukrayanın ictimai yayım şirkəti Suspilne Kostiantinivka Hərbi Administrasiyasının başçısı Serhiy Horbunova istinad edərək bildirib. Şəkillərdə yanmış təyyarənin qalıqları göstərilib. Belə ki, təyyarə bir evin üstünə düşüb, nəticədə yanğın baş verib.
Bundan əlavə Rusiya Müdafiə Nazirliyi şənbə günü qismən işğal altında olan Donetsk vialyətində Jelanne Druhe kəndininin nəzarətini ələ keçirdiyini iddia edib.
Əgər təsdiqlənsə, bu, Ukrayna qüvvələrinin iki il davam edən ağır müdafiədən sonra Jelanne Druhedən 33 kilometr uzaqda yerləşən Vuhledardan geri çəkildiyini bildirməsindən üç gün sonraya təsadüf etmiş olacaq.
Vuhledarın itirilməsinin müharibənin gedişatın dəyişmə ehtimalı az olsa da, bu, Kyivin mövqeyinin pisləşdiyinə işarə edir ki, bu da qismən Vaşinqtonun Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirməyə icazə verməməsi və Kyivin Moskvanın imkanlarına xələl gətirməsinin qarşısını alması ilə əlaqədardır.
Zelenski müttəfiqlərinə qələbə planını təqdim edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü bildirib ki, o, oktyabrın 12-də Ukraynanı silahla təchiz edən ölkələrdən ibarət Ramşteyn qrupunun iclasında “qələbə planı”nı təqdim edəcək.
“Biz qələbə planını – müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımları təqdim edəcəyik. Rusiyanın aqressiyasını tərəfdarlarımızın qətiyyəti və Ukraynanın gücləndirilməsi dayandıra bilər,” o, X hesabında yazıb və əlavə edib ki, 25-cı Ramşteyn görüşü birinci dəfə ölkə liderləri səviyyəsində keçiriləcək.
Zelenski planını ötən həftə Vaşinqtonda ABŞ Prezidenti Co Baydenə təqdim edib. Onun məzmunu açıqlanmayıb, lakin məlumdur ki, plana Ukraynanın NATO-ya üzvlüyü və Rusiya daxilinə zərbə endirmək üçün uzun-mənzilli raketlərin verilməsi daxildir.
Rusiya Ukraynanın cənubunu atəşə tutur
Bu arada isə Rusiyanın Ukraynanın cənubunda Zaporijjia regionunu atəşə tutması nəticəsində iki nəfər ölüb. Bu barədə regionun qubernatoru İvan Fedorov məlumat verib.
Ukrayna hava qüvvələri bildirib ki, Rusiya şənbə günü Ukraynaya üç idarə olunan raket və 13 hücum dronu atıb. O bildirib ki, raketlərin qarşısı alınıb, üç dron Odesa regionu üzərində vurulub, 10-u isə itib.
Ukrayna dronunun qismən işğal altında olan Donetsk regionundakı Horlivka kəndində sərnişin avtobusunu vurması nəticəsində doqquz nəfər yaralanıb. Bunu şəhərin Rusiya tərəfindən təyin olunan meri İvan Prixodko deyib.
Rusiya müdafiə nazirliyi şənbə günü bildirib ki, hava hücumundan müdafiə sistmeləri gecə üç sərhəd regionunda Ukraynanın 10 dronunu vurub. Onlardan yeddisi Belqorod, ikisi Kursk, biri isə Voronej bölgəsi üzərində vurulub.