Rusiya və Azərbaycan xarici kəşfiyyat sahəsində ikitərəfli əməkdaşlığın prioritetlərini müzakirə edib

Sergey Narışkin

Oktyabrın 2-3-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda rəsmi səfərdə olub.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin Mətbuat bürosunun məlumatına görə, Sergey Natışkin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, həmçinin Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb.

“Azərbaycan Prezidenti ilə görüşdə beynəlxalq vəziyyətin aktual məsələlərinə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin kəşfiyyat fəaliyyətinin müxtəlif sahələrində Azərbaycan xüsusi xidmət orqanları ilə cari qarşılıqlı fəaliyyətinə toxunulub, yaxın gələcək üçün ikitərəfli əməkdaşlığın prioritetlərinə toxunulub”, xəbərdə qeyd edilir.

Mətbuat bürosu bildirir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyəti ilə Azərbaycanın Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin danışıqlarında xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı, Rusiya və Azərbaycan milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələr əldə etməyə yönəlib.

“Görüşdə beynəlxalq terrorizm və dini ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları beynəlxalq terror strukturlarının düşmənçilik planlarının vaxtında aşkarlanmasına görə məsuliyyəti artırıb. Qeyd edildiyi kimi Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ilə qarşılıqlı fəaliyyətində Qərb xüsusi xidmət orqanlarının dövlətlərimizdə daxili siyasi sabitliyi pozmağa yönəlmiş düşmənçilik istəklərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır”, məlumatda qeyd edilir.

Məlumatda həmçinin deyilir ki, görüş zamanı Sergey Narışkinin Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevlə görüşündə vurğulanıb ki, indiki şəraitdə kəşfiyyatın əsas vəzifələrindən biri anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınmasıdır.

“Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xarici kəşfiyyat xidmətlərinin qeyri-sistemli müxalifət və beynəlxalq terror təşkilatlarından istifadəsinə qarşı birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. Danışıqlarda əldə olunan razılaşmalar Rusiya Xarici Kəşfiyyat Xidmətinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Xarici Kəşfiyyat Xidməti və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətinin inkişafına, dərinləşməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcək”, Mətbuat bürosunun məlumatında deyilir.

Azərbaycanın rəsmi qurumları Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya səfəri ilə bağlı hələ məlumat yaymayıb.