Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi general-mayor rütbəsindən məhrum edilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Tofiq Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub.
Hökmə əsasən, Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndəriləcək.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü ilin yanvarında həbs edilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.
Həsənov Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2, 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.