Bayden qasırğanın təsirinə məruz qalan Şimali Karolinaya səfər edəcək

Prezident Co Bayden çərşənbə günü Şimali Karolinaya səfər edəcək. Orada o, Helen qasırğasının səbəb olduğu dağıntıları yoxlayacaq.

“Biz bərpa prosesinə dərhal başlmalıyıq,” Bayden çərşənbə axşamı deyib. “İnsanlar çox qorxular. Bu təcilidir.”

Reuters xəbər verir ki, Bayden qanunvericiləri qasırğanın təsirinə məruz qalan ərazilər üçün əlavə yardımı təsdiqləmək məqsədilə Konqresin xüsusi sessiyasına iştirak etmək üçün Vaşinqtona geri dönməyə çağıra bilər.

“İcmalar xəritə üzündən silinib”, Şimali Karolinanın qubernatoru Roy Kuper çərşənbə axşamı deyib.

Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida, Tennessi və Virciniyada 160-dan çox insanın ölümünə səbəb olan Helen ölkədə baş verən ən ölümcül qasırğalardan biridir. Rəsmilər deyir ki, ölüm hallarının demək olar yarısı Şimali Karolinada qeydə alınıb.

Helen cümə axşamı Floridanı vurub və daha sonra ABŞ-ın cənub-qərbi boyunca bir neçə ştatda dağıntılara səbəb olub.

Fövqəladə hallar işçiləri və xilasetmə qrupları gecə-gündüz yolları təmizləyir, insanları ərzaqla təmin edir, dağıntıları təmizləyir və ilişib qalan insanları axtarır.

Rəsmilər deyir ki, yüzlərlə insan itkin düşüb.

“Biz qapı-qapı dolaşıb, insanların sağ-salamaq olduğundan əmin olmağa çalışırıq”, Şimali Karolinaın Bankombi Mahalanın meneceri Avril Pinder The Associated Press-ə bildirib.

Çərşənbə axşamı bir neçə ştat boyu bir milyondan çox insan elektriksiz qalıb.

Şimali Karolinanın Blu Ridc dağları ərazisinin sakinləri çərşənbə axşamı yemək və su üçün növbəyə dayanıb.

Qurbanları axtarmaq üçün Şimali Karolinanın qərbinə axtarış komandaları və itlər göndərilib.

Federal Fövqəladə Halların İdarəsi Agentliyinin rəsmisi deyib ki, 150 mindən çox ailə yardım üçün müraciət edib və bu rəqəmin artacağı gözlənilir.

“Mən nə edəcəm? Evsiz qalacam? Mən evsiz olmaqdansa ölərəm”, evini su basan əlil arabasında olan bir veteran deyib.

Şimali Karolinanın Svannanoada daşqın sularının geri çəkilməsindən sonra maşın və treyler evlərinin bir-birinin üstündə olduğu üzə çıxıb.

Tennesidə qubernator Bill Lii çərşənbə axşamı ştatın şərq hissəsində dağılan məktəbə baş çəkib.

AP-nin məlumatına görə, orada sakinlər ona deyib ki, qasırğa baş verəndən bəri onlara ilk yardım edən o və onun çevrəsi olub. “Biz burada tək qalmışıq”, bir nəfər deyib.