ABŞ Konqresi müvəqqəti maliyyəşməyə dair qanun layihəsini təsdiqləyib

Konqres gələn həftə hökumətin qismən bağlanmasının qarşısını almaq üçün müvəqqəti maliyyələşdirməyə dair qanun layihəsini təsdiqləyib.

Nümayəndələr Palatasının bir çox Respublikaçı üzvlərinin yeni federal xərclərin azaldılmasına nail ola bilmədiklərinə görə rəhbərliyinə etiraz etmələrinə baxmayaraq, qanun layihəsi təsdiq edilib.

Demokratların çoxluq təşkil etdiyi Senat Nümayəndələr Palatasının təsdiqindən sonra qanun layihəsini 18 əleyhinə, 78 leyhinə səslə təsdiqləyib. Qanun hökumətin maliyyələşdirməsini dekabrın 20-dək cari səviyyədə (illik 1,2 trilyon dollar) saxlayır.

Söhbət Konqresin hər il müzakirə və təsdiq etdiyi diskresion, yəni icbari olmayan dövlət xərclərindən gedir. Büdcənin təsdiqi minlərlə federal işçini inzibati məzuniyyətə göndərmək və 5 noyabr seçkilərinə qədər olan həftələrdə hökumət xidmətlərinin geniş spektrini kəsməsinin qarşısını alır.

Respublikaçı Nümayəndələr Palatasının spikeri Mayk Conson Nümayəndələr Palatasının Qaydalar Komitəsindən yan keçmək və 435 yerdən 220 yer çoxluğuna sahib olan öz partiyası daxilində müxalifətə qalib gəlmək üçün parlament manevrinə əl atmalı olub.

Qanun layihəsi lehinə 341, əleyhinə 82 səslə təsdiqlənib. "Xeyr" səslərinin hamısını Respublikaçılar verib.

Qanun layihəsi cari maliyyələşmə bazar ertəsi gecə yarısı başa çatmazdan əvvəl imzası üçün prezident Co Baydenə göndəriləcək.