Prezidentliyə namizədlərin ilk debatında immiqrasiya əsas müzakirə mövzusu olsa da, heç bir namizəd ciddi bir təklif irəli sürmədi

Your browser doesn’t support HTML5

Kamala Harris və Donald Tramp seçki günündən iki ay öncə debat səhnəsində qarşılaşdığı zaman iki namizəd iqtisadiyyatdan tutmuş, vergi və Ukraynaya qədər bir sıra məsələlərdə ziddiyyətli fikirlər səsləndirdi. Ancaq immiqrasiya məsələsində onların mövqeləri xüsusilə fərqli idi.

Prezidentliyə namizədlərin ilk debatı zamanı immiqrasiya əsas mövzu idi. Vitse-prezident Kamala Harris ABŞ-Meksika sərhədində artan miqrant sayı ilə bağlı suala cavab vermədi, sabiq Prezident Donald Tramp isə miqrantlar və cinayətlə bağlı yanlış iddialarını təkrarladı.

“Milyonlarla insan içəri buraxılıb. Bütün dünyada cinayət azalıb. Bütün dünyada, amma bura istisna olmaqla,” Tramp dedi.

Araşdırma nəticələri göstərir ki, miqrantların cinayət törətmək ehtimalı ABŞ-da dünyaya gələn insanlarla müqayisədə daha azdır.

Ancaq Tramp öz seçki görüşlərində immiqrasiya ilə bağlı sərt xəttini qoruyaraq, təkrar seçildiyi halda əvvəlki səylərini davam etdirəcəyini dedi.

“Mən qalib gəlsəm, biz elə ilk gündə Amerika tarixindəki ən böyük deportasiya əməliyyatına başlayacağıq,” Tramp bildirdi.

İmmiqrasiya üzrə eksperləllərin isə bununa bağlı sualları var.

“Söhbət nədən gedir? Polis və immiqrasiya rəsmiləri hər kəsin qapısını döyüb, onların sənədlərinimi görmək istəyəcək?” İmmiqrasiya Araşdırmaları Təşəbbüsündən Deyvid Disseqaard Kallik deyir.

Harrisə Baydenin dövründə artan, son aylarda isə azalan sərhəddə qanunsuz keçidlərdlə bağlı sual veriləndə, o, Trampı günahlandıraraq, onun Konqresdə ikipartiyalı immiqrasiya islahatları qanun layihəsini ləğv edəcək Respublikaçılarının olduğunu dedi.

“Sizə deyim ki, Birləşmiş Ştatlar Konqresi, o cümlədən ABŞ Senatının bəzi ən mühafizəkar üzvləri sərhəd təhlükəsizliyi ilə bağlı qanun lahiyəsi hazırladı ki, mən də onu dəstəklədim. Həmin qanun layihəsi ilə sərhədə əlavə 1500 sərdəd patrul agenti yerləşdiriləcəkdi,” Harris bildirdi.

Ekspertlər qeyd edir ki, Konqres addım atmasa, immiqrasiya ilə bağlı real islahat mümkün deyil.

“Onların heç biri Konqresin vacibliyindən danışmadı. Prezident böyük fərq yaradır. Prezident çox şey edə bilər. Amma prezidentin edə biləcəklərinin də həddi var,” Kallik deyir.

Harris Arizonada keçirilən seçki görüşündə izdihama xatırladıb ki, o, prezident olsa, immiqrasiya ilə bağlı qanun layihəsini imzalayacaq.

“Biz immiqrasiya sistemimizdə nöqsanların olduğunu bilirik və onu necə həll edəcəyimizi də bilirik: bu da daha güclü sərhəd mühafizəsi və vətəndaşlığa aparan yolun daxil olduğu hərtərəfli islahatdır,” o deyib.

Harris və Trampın yeni bir debat keçirmə ehtimalı çox aşağıdır. Buna görə də, seçicilər onların immiqrasiya ilə bağlı planlarını yaxından izləməli olacaqlar.